Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Rassell Azərbaycan Qran-Prisində liderdir--:--
News
Azərbaycan Jurnalistlərinin IX qurultayının keçiriləcəy...--:--
News
Pakistanda partlayış nəticəsində 11 nəfər ölüb--:--
News
Rusiya ordusunun Sumının mərkəzinə endirdiyi zərbə nəti...--:--
News
SOCAR ABŞ şirkəti ilə enerji keçidi və enerji saxlanc m...--:--
News
Rassell Azərbaycan Qran-Prisində liderdir--:--
News
Azərbaycan Jurnalistlərinin IX qurultayının keçiriləcəy...--:--
News
Pakistanda partlayış nəticəsində 11 nəfər ölüb--:--
News
Rusiya ordusunun Sumının mərkəzinə endirdiyi zərbə nəti...--:--
News
SOCAR ABŞ şirkəti ilə enerji keçidi və enerji saxlanc m...--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

iqtisadiyyat

AIIF 2026 başa çatdı

Bugün, 14:39
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu başa çatıb, tədbir çərçivəsində beynəlxalq investorlar və tərəfdaş şirkətlərlə ümumi dəyəri 10,8 milyard ABŞ dolları olan investisiya layihələrini əhatə edən 23 sənəd imzalanıb.

“Hüquqinfo.az” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, Bakıda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (2nd Azerbaijan International Investment Forum – “AIIF 2026”) başa çatıb.

İqtisadiyyat Nazirliyi və “The European House – Ambrosetti & TEHA Group”un strateji tərəfdaşlığı ilə keçirilən Forum müxtəlif ölkələri təmsil edən dövlət rəsmilərini, qlobal investorları, beynəlxalq maliyyə institutlarının, beyin mərkəzlərinin nümayəndələrini və biznes liderlərini bir araya gətirib.

“Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusuna həsr olunmuş Forumda qlobal iqtisadi gündəm, investisiya perspektivləri və regional əməkdaşlığın yeni imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb. Azərbaycanın regional bağlantı və investisiya imkanları, Orta Dəhlizin inkişaf perspektivləri, sənaye və azad iqtisadi zonalar, süni intellekt və rəqəmsal transformasiya, enerji və yaşıl keçid, kapital bazarları, aqrobiznes, kritik xammal və iqtisadi təhlükəsizlik əsas müzakirə mövzularını təşkil edib. Azərbaycanın investisiya, istehsal, innovasiya və regional dəyər zəncirlərində yeni imkanlar yaratmaq üçün mövcud potensialı təqdim olunub. Forum ölkəmizin xarici sərmayə üçün açıq, əlverişli və dayanıqlı iqtisadi mühitini, eləcə də strateji layihələrdə etibarlı tərəfdaş kimi mövqeyini nümayiş etdirib.

Azərbaycanın investisiya, istehsal, innovasiya və regional dəyər zəncirlərinin inkişafı baxımından malik olduğu potensial geniş auditoriyaya təqdim olunub. Eyni zamanda, ölkəmizin xarici sərmayələr üçün açıq, əlverişli və dayanıqlı iqtisadi mühitə malik olduğu, strateji layihələrin həyata keçirilməsində etibarlı tərəfdaş kimi mövqeyi diqqətə çatdırılıb.

Forum çərçivəsində beynəlxalq investorlar və tərəfdaş şirkətlərlə imzalanmış 23 sənədə əsasən ümumi dəyəri 10,8 milyard ABŞ dolları həcmində investisiya layihələrinin reallaşdırılması nəzərdə tutulur. İmzalanmış sənədlər süni intellekt, enerji, o cümlədən bərpa olunan enerji, tikinti, rəqəmsal iqtisadiyyat, sənaye, kənd təsərrüfatı, əczaçılıq, maliyyə, su təsərrüfatı və digər istiqamətləri əhatə edir. Bu ilin iyun ayında keçirilmiş Bakı Enerji Həftəsi çərçivəsində elan edilmiş layihələr də nəzərə alınmaqla, planlaşdırılan birgə layihələrin ümumi dəyəri 16,7 milyard ABŞ dollarına çatacaq. Bu, investorların Azərbaycana artan inamının və ölkəmizin investisiya məkanı kimi cəlbediciliyinin yüksəldiyinin aydın göstəricisidir. Bu miqyasda investisiyalar iqtisadiyyatın şaxələndirilməsinə, yeni texnologiyaların və innovasiyaların tətbiqinə, əlavə dəyərin və məşğulluğun artırılmasına mühüm töhfələr verir.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
iqtisadiyyat

SOCAR ABŞ şirkəti ilə enerji keçidi və enerji saxlanc məsələlərini nəzərdən keçirib

News thumbnail
iqtisadiyyat

Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı

News thumbnail
iqtisadiyyat

SOCAR "TotalEnergies" ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək

Populyar Xəbərlər

News thumbnail
Bugün
siyaset

Prezident və ailəsi Formula-1 yarışını izləyirlər

Bugün, 15:23
News thumbnail
Bugün
son xeberler

"Formula 1": Corc Rassell Azərbaycan Qran-prisində liderdir - YENİLƏNİR

Bugün, 15:21
News thumbnail
Bugün
son xeberler

Azərbaycan Jurnalistlərinin IX Qurultayı oktyabrın 15-də keçiriləcək

Bugün, 15:21
News thumbnail
Bugün
siyaset

Vuçiç və Putin Serbiyaya qaz tədarükünü müzakirə ediblər

Bugün, 15:20

Həftənin Xəbərləri

News thumbnail
Bugün
dunya

Ukrayna-Macarıstan oyununda əlbəyaxa dava - Video

Bugün, 15:19
News thumbnail
Bugün
siyaset

Latviyada Anım Gününün ildönümünə həsr edilmiş tədbir keçirilib

Bugün, 15:14
News thumbnail
Bugün
siyaset

Yubiley Azərbaycan Qran-Prisinin açılış mərasimi keçirilib

Bugün, 15:12
News thumbnail
Bugün
siyaset

Rəşad Nəbiyev: "Regional rəqəmsal sənaye mərkəzinə çevrilməyi hədəfləyirik"

Bugün, 15:11
News thumbnail
Bugün
dunya

1676-cı gün: Rusiyanın itkiləri yeniləndi

Bugün, 15:10
News thumbnail
Bugün
dunya

“Hər dialoqdan sonra sanksiya və zərbələr artır”

Bugün, 15:05
News thumbnail
iqtisadiyyat

Xaricdə iş və müxtəlif vədlərlə 20 min manatdan çox dələduzluq edən şəxs saxlanılıb

News thumbnail
iqtisadiyyat

İnsan kapitalının inkişafı ölkəmizin uzunmüddətli inkişaf strategiyasının mühüm tərkib hissəsidir