Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Rassell Azərbaycan Qran-Prisində liderdir--:--
News
Azərbaycan Jurnalistlərinin IX qurultayının keçiriləcəy...--:--
News
Pakistanda partlayış nəticəsində 11 nəfər ölüb--:--
News
Rusiya ordusunun Sumının mərkəzinə endirdiyi zərbə nəti...--:--
News
SOCAR ABŞ şirkəti ilə enerji keçidi və enerji saxlanc m...--:--
News
Rassell Azərbaycan Qran-Prisində liderdir--:--
News
Azərbaycan Jurnalistlərinin IX qurultayının keçiriləcəy...--:--
News
Pakistanda partlayış nəticəsində 11 nəfər ölüb--:--
News
Rusiya ordusunun Sumının mərkəzinə endirdiyi zərbə nəti...--:--
News
SOCAR ABŞ şirkəti ilə enerji keçidi və enerji saxlanc m...--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

iqtisadiyyat

İnsan kapitalının inkişafı ölkəmizin uzunmüddətli inkişaf strategiyasının mühüm tərkib hissəsidir

Bugün, 14:34
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Texnoloji yeniliklərin əmək bazarlarına və biznes modellərinə ciddi təsir göstərdiyi bir şəraitdə ölkələrin əsas strateji üstünlüklərindən biri bilik, bacarıq, innovasiya potensialı, insan kapitalıdır. Bu baxımdan insan kapitalının inkişafı ölkəmizin uzunmüddətli inkişaf strategiyasının mühüm tərkib hissəsidir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Hüquqinfo.az-ya verilən məlumata görə, bunu nazir Anar Əliyev Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun “İnsan kapitalına və gələcəyin bacarıqlarına investisiya” panelində çıxış edərkən bildirib.

O, əhalinin sosial rifahının yüksəldilməsinin Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən güclü sosial dövlət konsepsiyanın əsasını təşkil etdiyini vurğulayıb. 2018–2026-cı illərdə icra olunan, illik əlavə maliyyə tutumu 8 milyard manat olan, 4 milyon nəfəri əhatə edən 5 sosial islahat paketi nəticəsində sosial ödənişlərdəki ciddi artımları diqqətə çatdırıb. Qeyd edib ki, bu dövrdə Nazirlik tərəfindən işlə təmin olunanların sayı 3,6 dəfə, özünüməşğulluq proqramına cəlb olunanların sayı 2,7 dəfə, peşə hazırlığına cəlb olunanların sayı 7,1 dəfə artıb. Əmək müqavilələrinin sayı 44,6 faiz artaraq 1,86 milyona çatıb, əməkhaqqı fondunda 3,4 dəfə artım baş verib.

Anar Əliyev əmək və sosial müdafiə sahəsində rəqəmsal transformasiyanın da uğurla həyata keçirildiyini, Nazirliyin 152 xidmətindən 90 faizinin elektronlaşdırıldığını, o cümlədən 55 proaktiv xidmətin istifadəyə verildiyini, “Əmək və Məşğulluq” altsistemi üzərindən əmək müqavilələrinin 97 faizinin e-qaydada bağlandığını diqqətə çatdırıb.

Nazir bildirib ki, ölkəmizdə aparılan islahatlarda insan kapitalının inkişafına yalnız təhsil mərhələsində formalaşan bilik və bacarıqlar kontekstində deyil, insanın bütün əmək fəaliyyəti boyunca davam edən fasiləsiz inkişaf prosesi kimi yanaşılır. Bu məqsədlə əmək bazarının tələblərinə uyğun peşə və kvalifikasiya standartlarının hazırlanması və mütəmadi təkmilləşdirilməsi, peşəyönümü xidmətlərinin gücləndirilməsi və işəgötürənlərin kadr hazırlığı prosesinə daha fəal cəlb edilməsi xüsusi önəm kəsb edir.

Artıq 1700 peşə və kvalifikasiya standartı hazırlanaraq işəgötürənlərin və digər maraqlı tərəflərin istifadəsinə verilib. Bu da əmək bazarının tələblərinə uyğun kadr hazırlığının təmin edilməsinə, peşə bacarıqlarının obyektiv qiymətləndirilməsinə və rəqabətqabiliyyətli işçi qüvvəsinin formalaşdırılmasına mühüm töhfə verir.

İşsiz və işaxtaran şəxslər üçün 175 peşə üzrə təlimlər təşkil olunduğunu deyən Anar Əliyev bildirib ki, bu sahədə 180-ə yaxın dövlət və özəl təhsil/təlim müəssisəsi ilə əməkdaşlıq həyata keçirilir. Yaşıl iqtisadiyyatın inkişafı üçün zəruri olan yeni bilik və bacarıqlara malik işçi qüvvəsinin formalaşdırılması isə yeni məşğulluq imkanlarının yaradılmasına, habelə əmək bazarının yaşıl transformasiyaya uyğunlaşdırılmasına xidmət edir.

Nazir qeyd edib ki, dövlət məşğulluq siyasətinin mühüm istiqamətlərindən biri universitetlər, işəgötürənlər və dövlət qurumları arasında davamlı əməkdaşlıq mexanizmlərinin daha da gücləndirilməsidir. Bu da işçi qüvvəsi, xüsusilə də gənclər üçün layiqli məşğulluq imkanları, biznes üçün daha uyğun kadrlar, iqtisadiyyat üçün məhsuldarlığın və rəqabət qabiliyyətinin yüksəldilməsinə imkan yaradacaq.

Qeyd edək ki, dövlət qurumlarının rəsmiləri, biznes nümayəndələri və beynəlxalq ekspertlərin iştirak etdiyi paneldə insan kapitalının inkişafının Azərbaycanın uzunmüddətli rəqabət qabiliyyətinin və iqtisadi şaxələndirməsinin təmin edilməsində rolu, gələcəyin bacarıqları, rəqəmsal imkanlar və müasir liderlik yanaşmaları müzakirə edilib. Həmçinin, universitetlər, biznes və dövlət qurumları arasında əməkdaşlığın gücləndirilməsi, məşğulluq imkanlarının artırılması, innovasiya və sahibkarlığın dəstəklənməsi və s. məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
iqtisadiyyat

SOCAR ABŞ şirkəti ilə enerji keçidi və enerji saxlanc məsələlərini nəzərdən keçirib

News thumbnail
iqtisadiyyat

Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı

News thumbnail
iqtisadiyyat

SOCAR "TotalEnergies" ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək

Populyar Xəbərlər

News thumbnail
Bugün
siyaset

Prezident və ailəsi Formula-1 yarışını izləyirlər

Bugün, 15:23
News thumbnail
Bugün
son xeberler

"Formula 1": Corc Rassell Azərbaycan Qran-prisində liderdir - YENİLƏNİR

Bugün, 15:21
News thumbnail
Bugün
son xeberler

Azərbaycan Jurnalistlərinin IX Qurultayı oktyabrın 15-də keçiriləcək

Bugün, 15:21
News thumbnail
Bugün
siyaset

Vuçiç və Putin Serbiyaya qaz tədarükünü müzakirə ediblər

Bugün, 15:20

Həftənin Xəbərləri

News thumbnail
Bugün
dunya

Ukrayna-Macarıstan oyununda əlbəyaxa dava - Video

Bugün, 15:19
News thumbnail
Bugün
siyaset

Latviyada Anım Gününün ildönümünə həsr edilmiş tədbir keçirilib

Bugün, 15:14
News thumbnail
Bugün
siyaset

Yubiley Azərbaycan Qran-Prisinin açılış mərasimi keçirilib

Bugün, 15:12
News thumbnail
Bugün
siyaset

Rəşad Nəbiyev: "Regional rəqəmsal sənaye mərkəzinə çevrilməyi hədəfləyirik"

Bugün, 15:11
News thumbnail
Bugün
dunya

1676-cı gün: Rusiyanın itkiləri yeniləndi

Bugün, 15:10
News thumbnail
Bugün
dunya

“Hər dialoqdan sonra sanksiya və zərbələr artır”

Bugün, 15:05
News thumbnail
iqtisadiyyat

AIIF 2026 başa çatdı

News thumbnail
iqtisadiyyat

Xaricdə iş və müxtəlif vədlərlə 20 min manatdan çox dələduzluq edən şəxs saxlanılıb