










Hüquqinfo.az bildirir ki,
"Hüquqinfo.az" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum – AIIF 2026) bildirib.
Onun sözlərinə görə, "Bakı Ağ Şəhər" layihəsi ətraf mühitin sağlamlaşdırılması və keçmiş sənaye ərazisinin inkişafının böyük şəhərsalma və investisiya potensialını necə reallaşdıra biləcəyinə dair bariz nümunədir: "Tarixən "Qara Şəhər" kimi tanınan bu ərazi bir əsrdən çox müddət ərzində sənaye fəaliyyəti və neft hasilatının təsirinə məruz qalmışdı. Ətraf mühitin sağlamlaşdırılması və hərtərəfli yenidənqurma vasitəsilə bu ərazi yaşayış, kommersiya, mədəniyyət, istirahət və ictimai zonaları özündə birləşdirən müasir, qarışıq istifadəli şəhər məhəlləsinə çevrilir".
O əlavə edib ki, bu, şəhərin bərpasının bir neçə səviyyədə dəyər yarada biləcəyini göstərir: "Ətraf mühitin bərpası torpaqları geri qaytarır və şəhər mühitini yaxşılaşdırır, yenidənqurma yeni iqtisadi fəaliyyətlər yaradır, inteqrasiya olunmuş planlaşdırma isə investisiya, mənzil, xidmət və ictimai həyat üçün yeni imkanlar açır".







