










Hüquqinfo.az bildirir ki,
Hüquqinfo.az xəbər verir ki, qlobal bazarlarda "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin dəyəri 3,88 ABŞ dolları və ya 3,17 faiz bahalaşaraq 126,16 ABŞ dolları təşkil edib. Hərracların nəticələrinə əsasən, "Brent" markalı neftin dekabr fyuçerslərinin qiyməti isə 118,76 ABŞ dolları səviyyəsində qərarlaşıb. Eyni zamanda, Türkiyənin Ceyhan limanında FOB bazasında Azərbaycan neftinin bir barelinin qiyməti 4,1 ABŞ dolları və ya 3,65 faiz artaraq 116,48 ABŞ dollarına yüksəlib.
Qeyd edək ki, cari ilin dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından nəzərdə tutulub. Xatırladaq ki, "Azeri Light" neftinin tarixi ərzində ən aşağı qiyməti 2020-ci ilin aprelində 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları olaraq qeydə alınıb. Azərbaycan nefti "Azəri-Çıraq-Günəşli" yataqlar bloku çərçivəsində hasil edilir və bu müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 35,3 faiz təşkil edir.









