










Hüquqinfo.az bildirir ki,
Hüquqinfo.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İspaniyada baş verən ağır qatar qəzası ilə əlaqədar bu ölkənin Baş naziri Pedro Sançesə və ispan xalqına başsağlığı məktubu ünvanlayıb.
Dövlət başçısı məktubunda İspaniyada baş verən faciəvi qatar qəzasından dərindən kədərləndiyini bildirib. O, Baş nazir Pedro Sançesə, həlak olan şəxslərin ailələrinə, eləcə də bütün İspaniya xalqına səmimi başsağlığını çatdırıb və xəsarət alanların tezliklə sağalmasını arzulayıb.
Xatırladaq ki, İspaniyada iki sürət qatarının toqquşması nəticəsində son məlumatlara əsasən 68 nəfər həyatını itirib, xeyli sayda yaralı var. Baş verən bu ağır faciə ilə əlaqədar ölkədə üç günlük matəm elan olunub.









