










Hüquqinfo.az bildirir ki,
Hüquqinfo.az xəbər verir ki, İtaliyanın Neapol şəhərində təşkil olunan cüdo üzrə U-23 Avropa çempionatında Azərbaycan millisinin üzvləri Əjdər Bağırov və Kənan Nəsibov qızıl medala layiq görülüblər. Eyni zamanda, daha əvvəl -66 kq çəki dərəcəsində mübarizə aparan İslam Rəhimov da ardıcıl ikinci dəfə qitə birinciliyinin qalibi olub.
Əjdər Bağırov -100 kq çəki dərəcəsinin həlledici final görüşündə Almaniya təmsilçisi Yannis Başini məğlub edərək Avropa çempionu adını qazanıb. O, finala gedən yolda Ukrayna, Xorvatiya və Avstriya idmançılarını da mübarizədən kənarlaşdırıb.
Digər cüdoçumuz Kənan Nəsibov isə +100 kq çəki dərəcəsində serbiyalı Vidak Malyeviçə qalib gələrək titulunu qoruyub və ardıcıl ikinci dəfə U-23 Avropa çempionu olub. Bununla da Azərbaycan millisi fərdi yarışları üç qızıl medalla başa vuraraq ümumi komanda hesabında birinci yeri tutub.









