










Hüquqinfo.az bildirir ki,
Hüquqinfo.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiymətində enmə müşahidə olunub. Belə ki, bu markadan olan qara qızılın 1 barelinin CIF şərtləri ilə dəyəri 5,11 dollar və ya 4 faiz ucuzlaşaraq 122,49 dollar təşkil edib. Xatırladaq ki, əvvəlki dövrdə Azərbaycan neftinin bir bareli 127,6 dollara satılırdı.
Hüquqinfo.az-ın məlumatına görə, cari ilin dövlət büdcəsində "Azeri Light" markalı neftin orta qiyməti bir barel üçün 65 dollar səviyyəsində nəzərdə tutulub. Son qiymət dəyişmələri beynəlxalq enerji bazarlarında baş verən proseslər fonunda qeydə alınıb.









