
Hüquqinfo.az bildirir ki,
“Azərbaycan bütün işlərini etibar üzərində qurub və bu, uzunmüddətli tərəfdaşlıqlara, o cümlədən regionlar arasındakı əlaqələrə söykənib”.
“Hüquqinfo.az” xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda çıxışı zamanı bildirib.
O qeyd edib ki, bu əlaqələr öz növbəsində həm tranzit, həm də konnektivlik yaradır: “Son 6 il ərzində pandemiyadan sonra geosiyasi gərginliklərin şahidi olduq. Hər kəs güclü dəyər zəncirinin formasını təmin etmək üçün istehsalı daha da dərinləşdirir və kiçik iqtisadiyyatlar təbii ki, beynəlxalq gəlirlər və ticarəti açıq saxlamağa can atır. Biz inanırıq ki, dövlətlər bütün riskləri aradan qaldıra bilməz. Onların siyasətləri daha proqnozlaşdırıla biləndir. Bu da təbii ki, hörmətə layiq bir məsələdir. Biz etibar olunmanın üzərində dururuq. Biz uzunmüddətli öhdəliklərimizin yerinə yetirilməsinə çalışırıq. Əsrin müqaviləsində, bildiyiniz kimi, Ümumilli Lider Heydər Əliyev beynəlxalq enerji şirkətlərini dəvət edərək gözəl tərəfdaşlıq modeli qurub. Azərbaycan enerji şirkətləri ilə böyük imkanlar yaradıb. Biz 31 ildən çoxdur ki, tərəfdaşlarla birlikdə işləyərək təkcə sosial-iqtisadi inkişafa töhfə verməmişik, həmçinin də regionda və region hüdudlarından kənarda etibarlı enerji təchizatçısı kimi tanınmışıq. Bu gün Azərbaycan 16 ölkəyə - onların 10-u Avropa İttifaqının özüdür - enerji təchiz edir. Azərbaycanın coğrafi regionuna görə Azərbaycan lider ölkəyə çevrilib”.
M.Cabbarov əlavə edib ki, Azərbaycan neft və neft məhsullarını ixrac etdiyi ölkələrin sayı bundan da çoxdur: “Yeni investisiyalar cəlb edilir. Bu baxımdan ənənəvi enerji istehsalı ilə yanaşı, bərpa olunan enerjilərə də investisiya qoyulur. İkinci istiqamətimiz siyasi, makroiqtisadi stabillik məsələsidir. Biz inanırıq ki, investorlara etibarlı və əlverişli şərtlər lazımdır ki, onlar bunu reallaşdıra bilsinlər. Azərbaycanın yerli stabilliyi təbii ki, onun üçün gözəl bir zəmin yaradır. Dövlət borcunun az olması, maliyyə resurslarının olması, o cümlədən proqnozlaşdırılabilən siyasətdir, güclü bir fundament yaradır, Geosiyasi prosesləri daha da gücləndirir və bu günümüzün reallığına çevrilir.
Üçüncü istiqamətimiz proqnozlaşdırılabilən marşrutlardır və qaydaların dolğunluğudur. Təbii ki, bu qaydaların dolğunluğu çox vacib bir məsələdir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, Xəzərdəki gəmiçilik güc daşımaları Mərkəzi Asiyanı Türkiyə və Avropa ilə birləşdirir. Biz tərəfdaşlarla birgə işləyərək təhlükəsiz və etibarlı marşrut qura bilmişik və hər il yükdaşımaların həcmi artır”.








