
Hüquqinfo.az bildirir ki,
Çin və Avropa İttifaqı hərtərəfli strateji tərəfdaşlar kimi bir-birinə qarşı ticarət müharibəsi aparmamalıdır.
Hüquqinfo.az xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van İ sentyabrın 21-də Almaniyanın xarici işlər naziri Yohann Vadefulla telefon danışığı zamanı bildirib.
“Çin və Aİ hərtərəfli strateji tərəfdaşlardır. Çin və Avropa ticarət müharibəsi aparmamalıdır”, – Van İ deyib.
XİN rəhbərinin sözlərinə görə, Pekin qarşılıqlı narahatlıq doğuran məsələlərin dialoq və məsləhətləşmələr yolu ilə həll edilməsi üçün Brüssellə yaxınlaşmanın tərəfdarıdır.
Van İ Almaniyanın, rasional və praqmatik yanaşmasını qoruyacağına, Aİ daxilində fəal rol oynayacağına, İttifaqın azad ticarət prinsiplərinə sadiq qalmasına və proteksionizmdən imtina etməsinə töhfə verəcəyinə ümid etdiyini bildirib.
Qeyd edək ki, Çin və Aİ arasında ticarət münasibətləri son dövrdə bir sıra mübahisəli məsələlərin fonunda gündəmdə qalır.










