
Hüquqinfo.az bildirir ki,
Dağ-mədən sənayesi Azərbaycanın iqtisadi potensialında mühüm yer tutan və xüsusilə qeyri-neft sektorunun inkişafına ciddi töhfə verəcək istiqamətlərdəndir.
O qeyd edib ki, ölkənin zəngin mineral-xammal ehtiyatları, sənaye potensialı və mövcud imkanları bu sahənin daha geniş miqyasda inkişaf etdirilməsi üçün əlverişli zəmin yaradır:
"Dağ-mədən və metallurgiya sənayesinin inkişafı Azərbaycanın iqtisadi potensialının daha geniş şəkildə reallaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu sahənin inkişaf etdirilməsi, ilk növbədə, ölkənin zəngin təbii resurslarından daha səmərəli istifadə olunmasına, mövcud mineral-xammal bazasının iqtisadi dövriyyəyə cəlb edilməsinə və qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə imkan verəcək".
Deputatın fikrincə, eyni zamanda, yeni layihələrin həyata keçirilməsi ölkədə müasir sənaye müəssisələrinin yaradılması və istehsal imkanlarının genişləndirilməsi üçün əlavə şərait formalaşdıracaq.
Vüqar Rəhimzadə vurğulayıb ki, Prezident İlham Əliyevin sədrliyi ilə "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirədə səsləndirilən fikirlər göstərir ki, qarşıdakı illərdə bu sahənin inkişafı dövlətin iqtisadi siyasətinin mühüm istiqamətlərindən biri olacaq.
"Uzun müddət ərzində müxtəlif səbəblərdən bu potensialdan tam istifadə etmək mümkün olmayıb. Prezident İlham Əliyev bunun obyektiv və subyektiv səbəblərini diqqətə çatdırdı. İşğal faktoru Azərbaycanın bir sıra mühüm mineral yataqlarının iqtisadi dövriyyəyə cəlb edilməsinə ciddi maneələr yaradıb. İşğal dövründə Azərbaycanın təbii ehtiyatlarının Ermənistan tərəfindən qanunsuz istismarı da ölkənin mineral resurs potensialından istifadəyə mane olan amillərdən biri olub".
V. Rəhimzadə bildirib ki, hazırda işğaldan azad edilmiş ərazilərdə suverenliyin və təhlükəsizliyin təmin olunması bu resursların yenidən araşdırılması və iqtisadi dövriyyəyə cəlb edilməsi üçün yeni imkanlar açıb:
O qeyd edib ki, bunun üçün təbii resursların araşdırılması, hasilatı, emalı və son məhsula çevrilməsi mərhələlərinin bir-biri ilə əlaqələndirilməsi xüsusi əhəmiyyət daşıyır.
Deputat bir daha diqqəti dövlət başçısı İlham Əliyevin 23 sentyabr 2026-cı il tarixli Sərəncamı ilə təsdiqlənən "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na yönəldərək qeyd edib ki, sənəddə də vurğulandığı kimi, hədəf Dövlət Proqramının icrası nəticəsində 2030-cu ilədək müvafiq sahədə dayanıqlı və rəqabətqabiliyyətli istehsalın inkişaf etdirilməsi, mineral-xammal bazasının genişləndirilməsi, geoloji kəşfiyyat işlərinin inkişaf etdirilməsi və mövcud yataqların səmərəli istismarının təmin edilməsi, filizdən son məhsuladək inteqrə olunmuş istehsal və emal zəncirinin formalaşdırılması, yüksək əlavə dəyər yaradan metallurgiya məhsullarının istehsalının və ixrac potensialının artırılmasıdır.









