
Hüquqinfo.az bildirir ki,
Fransa Prezidenti Emmanuel Makron amerikalı aktyor Robert De Niro və rejissor Martin Skorsezeni “Fəxri Legion” ordeni ilə təltif edib.
Bildirilir ki, “Villa Albertin” mədəniyyət mərkəzində keçirilən təntənəli mərasimdə De Niroya bu ordenin Zabiti, Skorsezeyə isə ordenin beş dərəcəsindən sayca dördüncüsü - Böyük zabit statusu verilib.
İncəsənət xadimləri vizual sənətlər sahəsində təhsil məsələlərinə sadiqliyə və müstəqil audiovizual yaradıcılığa görə bu mükafatlara layiq görülüblər. Onlardan başqa qəbulda aktyor Leonardo Di Kaprio da iştirak edib.
Qeyd edək ki, hər iki kino xadimi illər əvvəl bu ordenlə təltif olunublar. Belə ki, De Niro hələ 1997-ci ildə, Martin Skorseze isə 1998-ci ildə ordenin Kavaleri elan edilib. Skorseze həmçinin 2005-ci ildə bu ordenin Zabiti statusunu alıb.










