Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Formula 1-lə əlaqədar Bakı metropolitenində iş saatı uz...--:--
News
Məcnun Məmmədov: "Toxumluq əkin sahələrində 5 mindən ço...--:--
News
İnnovasiya məhsuluna satınalma güzəşti tətbiq olunacaq--:--
News
Paşinyan və Pezeşkian regionda sülhün və sabitliyin təm...--:--
News
Yoxlamalara dair yeni qadağa qoyulur--:--
News
Formula 1-lə əlaqədar Bakı metropolitenində iş saatı uz...--:--
News
Məcnun Məmmədov: "Toxumluq əkin sahələrində 5 mindən ço...--:--
News
İnnovasiya məhsuluna satınalma güzəşti tətbiq olunacaq--:--
News
Paşinyan və Pezeşkian regionda sülhün və sabitliyin təm...--:--
News
Yoxlamalara dair yeni qadağa qoyulur--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

iqtisadiyyat

EBRD: Azərbaycan iqtisadiyyatı mülayim artıma qayıdıb

Bugün, 09:01
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) artım tempi ilə bağlı daha əvvəl açıqladığı proqnozları təsdiqləyib.

"Hüquqinfo.az" xəbər verir ki, bu barədə bankın "Regional iqtisadi perspektivlər" hesabatının sentyabr buraxılışında bildirilib.

Məlumata əsasən, Bank Azərbaycanda 2026-cı ildə 2 %, 2027-ci ildə isə 2,5 % iqtisadi artım gözləyir.

"Azərbaycan iqtisadiyyatı cari ilin əvvəlində yavaşlama yaşadıqdan sonra hərəkətverici qüvvəsi qeyri-neft sahələri olan mülayim artımı bərpa edib", - hesabatda qeyd olunub.

Bununla yanaşı, EBRD analitikləri vurğulayıblar ki, Yaxın Şərqdəki silahlı münaqişə 2026-cı ildə Şərqi Avropa və Qafqaz regionu ölkələri üçün iqtisadi proqnozlara mənfi təsir göstərib. Ümumilikdə, region ölkələri üzrə iqtisadi artım gözləntiləri 2026-cı il üçün 0,3 faiz bəndi aşağı salınaraq 2,5 %-ə, 2027-ci il üçün isə 0,8 faiz bəndi azaldılaraq 4,1 %-ə enib.

Bankın analitiklərinin fikrincə, regionun yaxın perspektivləri Yaxın Şərqdəki hadisələrin inkişafından, Ukraynadakı hərbi əməliyyatların gedişatından, eləcə də sülh təşəbbüslərinin irəlilədilməsində əldə olunan nailiyyətlərdən və Qafqazda regional əlaqəliliyin gücləndirilməsi üzrə layihələrdən birbaşa asılıdır.

"Azərbaycan iqtisadiyyatının artım perspektivləri karbohidrogen xammalının qiymətlərindəki dəyişikliklərə və hasilat həcminə həssas olaraq qalır. Ermənistanla sülh nizamlanmasının irəliləməsi və yeni regional bağlantı layihələrinin həyata keçirilməsi sayəsində iqtisadi inkişaf üçün əlavə imkanlar açılır. Bundan əlavə, bərpa olunan enerji sektoruna yatırılan irimiqyaslı sərmayələr ortamüddətli perspektivdə iqtisadiyyatın şaxələndirilməsinə töhfə verəcək", - hesabatda vurğulanıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ildə Azərbaycan iqtisadiyyatı 1,4 % artıb.

İqtisadiyyat Nazirliyi cari ildə ÜDM-in artımını 1,7 % səviyyəsində, növbəti ildə isə 2,7 % səviyyəsində qiymətləndirir. Azərbaycan Mərkəzi Bankı 2026-cı ildə ölkədə iqtisadi artımın 0,5 %, 2027-ci ildə isə 2,6 % səviyyəsində olacağını gözləyir.

Niderlandın ən böyük bank qrupu olan ING Azərbaycan iqtisadiyyatının artımını 2026-cı ildə 1,9 %, 2027-ci ildə 3 % və 2028-ci ildə 2,3 % səviyyəsində proqnozlaşdırır.

BMT-nin qiymətləndirmələrinə görə, Azərbaycanın iqtisadi artımı 2026-cı ildə 2,7 %, 2027-ci ildə isə 2,6 % təşkil edəcək.

Asiya İnkişaf Bankı Azərbaycanın ÜDM-nin 2026-cı ildə 1,6 % və 2027-ci ildə 1,8 % artacağını proqnozlaşdırır.

"Fitch Solutions"un gözləntilərinə görə, 2026-cı ildə Azərbaycanın real ÜDM artımı 2,5 % təşkil edəcək.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
iqtisadiyyat

Yüksək ixtisaslı miqrantlar 20 il gəlir vergisi verməyəcək

News thumbnail
iqtisadiyyat

Səhm (pay) əldə edən işçilərlə bağlı gəlir vergisindən azad edilmə halları olacaq

News thumbnail
iqtisadiyyat

Naxçıvandakı sahibkarlar 8 ayda 5 milyon manatdan çox güzəştli kredit alıb

Populyar Xəbərlər

News thumbnail
Bugün
siyaset

Sekyuritizasiya fəaliyyəti üzrə hüquqi çərçivə yaradılır

Bugün, 10:00
News thumbnail
Bugün
cemiyyet

Laçında dağlıq ərazidə yanğın - Video

Bugün, 09:57
News thumbnail
Bugün
son xeberler

“Formula 1 “Sea Breeze”də keçirilə bilər”

Bugün, 09:56
News thumbnail
Bugün
siyaset

Borclunun qiymətli kağızlarına yönəldilməsi ilə bağlı

Bugün, 09:55

Həftənin Xəbərləri

News thumbnail
Bugün
iqtisadiyyat

Naxçıvandakı sahibkarlar 8 ayda 5 milyon manatdan çox güzəştli kredit alıb

Bugün, 09:53
News thumbnail
Bugün
siyaset

Gürcü vitse-spiker: Azərbaycanla tərəfdaşlıq münasibətləri daha da gücləndirilməlidir

Bugün, 09:53
News thumbnail
Bugün
iqtisadiyyat

Bakının bu qəsəbəsində qaz olmayacaq

Bugün, 09:51
News thumbnail
Bugün
iqtisadiyyat

Əmtəə bazarlarında qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb

Bugün, 09:51
News thumbnail
Bugün
siyaset

Ramin Məmmədov "Cümə" və "İmam Zaman" məscidlərini ziyarət edib

Bugün, 09:50
News thumbnail
Bugün
son xeberler

Formula 1-in “Sea Breeze”də keçirilə biləcəyindən danışdı

Bugün, 09:50
News thumbnail
iqtisadiyyat

Bakının bu qəsəbəsində qaz olmayacaq

News thumbnail
iqtisadiyyat

Əmtəə bazarlarında qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb