Hüquqinfo.az bildirir ki,
Hüquqinfo.az xəbər verir ki, bunu Azərbaycan-ABŞ Ticarət Palatasının icraçı direktoru Natiq Baxışov II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən “Orta Dəhliz: Ticarət, sənaye və əlaqə potensialının açılması” adlı panel müzakirəsində deyib.
O bildirib ki, ticarət missiyaları, mütəmadi konfranslar və Amerika şirkətləri ilə birbaşa görüşlər ABŞ biznesinin regiona münasibəti barədə daha dolğun təsəvvür formalaşdırmağa imkan verir.
Onun sözlərinə görə, geosiyasi dəyişikliklər zaman-zaman biznesin fəaliyyət istiqamətlərinə təsir göstərsə də, Amerika şirkətlərinin regiona marağı davam edir.
“Amerika biznesinin bu regiona artan marağı ABŞ hökumətinin regiona yanaşmasında da öz əksini tapır. Tarixi avqust sammitindən sonra ABŞ hökumətinin Cənubi Qafqaz və Mərkəzi Asiya ilə yenidən fəal əməkdaşlığa başlaması Amerika şirkətlərini ruhlandırıb”, - palatanın icraçı direktoru bildirib.
O qeyd edib ki, Azərbaycan-ABŞ Ticarət Palatasına hər həftə regionla bağlı çoxsaylı biznes sorğuları daxil olur.








