Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Bir qrup hərbi qulluqçu təltif edilib--:--
News
Ayuna Nechaeva: Azərbaycan yaxşı kapitallaşmış ölkədir,...--:--
News
Rəsmi Bakı: Gürcüstan Patriarxlığına Ermənistan kilsəsi...--:--
News
Naxçıvan Muxtar Respublikasına yeni təhsil naziri təyin...--:--
News
Azərbaycanda təhsil naziri vəzifəsindən azad edildi--:--
News
Bir qrup hərbi qulluqçu təltif edilib--:--
News
Ayuna Nechaeva: Azərbaycan yaxşı kapitallaşmış ölkədir,...--:--
News
Rəsmi Bakı: Gürcüstan Patriarxlığına Ermənistan kilsəsi...--:--
News
Naxçıvan Muxtar Respublikasına yeni təhsil naziri təyin...--:--
News
Azərbaycanda təhsil naziri vəzifəsindən azad edildi--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

iqtisadiyyat

“Brookfield Asset Management” şirkətinin aktivlərinin həcmi 1 trilyon ABŞ dollarından çoxdur

Bugün, 14:27
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Prezidenti İlham Əliyev sentyabrın 25-də dünyanın aparıcı investisiya şirkətlərindən olan “Brookfield Asset Management”in baş icraçı direktoru Konnor Teskini qəbul edib.

Hüquqinfo.az xəbər verir ki, söhbət zamanı dövlətimizin başçısının bu ilin yanvarında Davosda Konnor Teski ilə görüşü məmnunluqla xatırlanıb. Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) ilə “Brookfield Asset Management” arasında imzalanmış uzunmüddətli strateji əməkdaşlığa dair niyyət protokolunun əhəmiyyəti qeyd edilib.

Qeyd edək ki, “Brookfield” uzunmüddətli sahib kimi dünya üzrə institusional və fərdi investorlarla birlikdə investisiya edən qlobal investisiya şirkətidir. Şirkətin kökləri 1899-cu ildə Braziliyanın San-Paulu şəhərində təsis edilmiş özəl kommunal şirkətə gedib çıxır, 125 ildən artıq tarixə malikdir. Şirkət sahib-operator yanaşmasını tətbiq edir: uzunmüddətli kapitalı praktiki əməliyyat təcrübəsi ilə birləşdirərək aktivlərin və bizneslərin dəyərini artırır.

Şirkətin idarə etdiyi aktivlərin həcmi 1 trilyon ABŞ dollarından çoxdur. 50-dən çox ölkədə fəaliyyət göstərir, 2 000-dən artıq qlobal investisiya yatırımı edib.

Fəaliyyət istiqamətləri infrastruktur (dünyanın ən iri infrastruktur investorlarından biri), enerji (dünyanın ən iri təmiz enerji portfellərindən birinin sahibi, operatoru və inkişaf etdiricisi), daşınmaz əmlak, özəl kapital və kredit sahələridir.

Şirkətin infrastruktur platforması 308 mindən çox telekommunikasiya obyektini, 77 min kilometr fiber-optik şəbəkəni, 150 data mərkəzini, 36 min 300 kilometrlik dəmir yolu şəbəkəsini və 3200 kilometr ödənişli avtomobil yolunu əhatə edir. Onun kommunal infrastruktur biznesləri dünyada 10 milyondan çox istehlakçıya xidmət göstərir.

Şirkət suveren fondlar, pensiya fondları, sığorta şirkətləri, endaument fondları və ailə ofisləri ilə tərəfdaşlıq edir.

Şirkətin qiymətləndirməsinə görə, ümumi daxili məhsulu 2 trilyon ABŞ dolları olan Körfəz Əməkdaşlıq Şurası dünyanın ən iri iqtisadiyyatlarından biridir. Rəqəmsallaşma, dekarbonizasiya və qloballaşmanın yenidən formalaşması kimi qlobal meyillər regionda maliyyə infrastrukturu, biznes və istehlak xidmətləri, sənaye və səhiyyə sahələrində yeni imkanlar yaradır.

“Brookfield Asset Management” şirkəti 2025-ci ildə PEI Group tərəfindən “İlin firması: Qlobal”, “İlin fond meneceri: Qlobal” və “İlin enerji keçidi investoru: Qlobal” daxil olmaqla bir sıra mükafatlara layiq görülüb.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
iqtisadiyyat

UKEF: Azərbaycanla strateji layihələr üzrə əməkdaşlığı genişləndirmək istəyirik

News thumbnail
iqtisadiyyat

Ekspedisiya rəhbəri: Cəlilabadda tapılan nümunələr Kür-Araz mədəniyyətinin başlanğıc nöqtəsi sayıla bilər

News thumbnail
iqtisadiyyat

İcraçı direktor: Almaniya biznesinin Azərbaycana marağı artır

Populyar Xəbərlər

News thumbnail
Bugün
iqtisadiyyat

Ekspedisiya rəhbəri: Cəlilabadda tapılan nümunələr Kür-Araz mədəniyyətinin başlanğıc nöqtəsi sayıla bilər

Bugün, 15:18
News thumbnail
Bugün
iqtisadiyyat

İcraçı direktor: Almaniya biznesinin Azərbaycana marağı artır

Bugün, 15:17
News thumbnail
Bugün
dunya

Bu gün Türkiyə - Fransa oyunu var

Bugün, 15:17
News thumbnail
Bugün
huquq

Alban xaçdaşlarını ermənilər mənimsəyə bilmir

Bugün, 15:16

Həftənin Xəbərləri

News thumbnail
Bugün
siyaset

Taleh Ziyadov: Orta Dəhliz regionda əməkdaşlığın əsas dayağıdır

Bugün, 15:15
News thumbnail
Bugün
son xeberler

“İl sonuna qədər bu rəqəmi 5 milyona çatdırmağı planlaşdırırıq”

Bugün, 15:15
News thumbnail
Bugün
iqtisadiyyat

Rusiyadan Ermənistana təbii qaz tədarükü bərpa olundu

Bugün, 15:15
News thumbnail
Bugün
iqtisadiyyat

Ekspert: "AIIF aqrobiznesdə dəyər zənciri və innovasiya imkanlarını önə çıxarır"

Bugün, 15:13
News thumbnail
Bugün
huquq

Mürsəl İbrahimov Naxçıvanda vətəndaşların problemlərini dinlədi

Bugün, 15:10
News thumbnail
Bugün
siyaset

Ət niyə bahalaşır? – Nazir 3 il sonra tapdı

Bugün, 15:09
News thumbnail
iqtisadiyyat

Rusiyadan Ermənistana təbii qaz tədarükü bərpa olundu

News thumbnail
iqtisadiyyat

Ekspert: "AIIF aqrobiznesdə dəyər zənciri və innovasiya imkanlarını önə çıxarır"