
Hüquqinfo.az bildirir ki,
"Hüquqinfo.az" xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında bildirib.
Onun sözlərinə görə, fermerlərin maliyyəyə əlçatanlığında və yaxud maliyyə vəsaitləri əldə etməsindəki çətinliklər qalır: "Biz yeni yolllar fikirləşməliyik. Kənd təsərrüfatı istehsalçılarının dövriyyə vəsaiti ilə təmin edilməsi üçün müxtəlif üsullar ola bilər. Nazirlik bu sahədə tədqiqatlar aparıb. Ötən dövr ərzində, ölkə Prezidentinin fərmanı ilə bu istiqamətdə başqa bir addım da atılmışdı. Belə ki, fermerlərə verilən kreditlərin faizlərini dövlətin qarşılanması, təsərrüfat ilinin sonunda geri ödəməsi imkan yaradılmışdı. Bununla belə, kreditlərin geri ödənilməsi ilə təsərrüfat ili anlayışının üst-üstə düşməməsi əsas problemlərdən biridir. Çünki dövriyyə vəsaiti (toxum, gübrə, yem almaq üçün) fermerə təsərrüfat ilinin əvvəlində lazım olur. Geri ödəniş isə çox vaxt məhsul əldə edildikdən və satıldıqdan sonra mümkün olur. Bu isə fermerlərə çətinlik yaradırdı".
"Odur ki, beynəlxalq təşkilatlarla müzakirələr apardıqdan, digər ölkələrin (Rusiya, Ukrayna, Qazaxıstan və Braziliya) təcrübəsi ilə tanış olduqdan sonra məhsul şəhadətnaməsinn tətbiqinə qərar verdik. Bunun üçün "Məhsul şəhadətnaməsi haqqında" yeni qanunun qəbul edilməsi, eləcə də Mülki Məcəllə və "İcra haqqında" qanunlara dəyişikliklər edilməsi, bunların hamısının eyni anda qüvvəyə minməsi planlaşdırılır", - deyə nazir müavini əlavə edib.





