










Hüquqinfo.az bildirir ki,
Əbu-Dabi Milli Neft Şirkətinin (ADNOC, BƏƏ) qlobal investisiya bölməsi olan XRG şirkəti inkişaf üçün perspektivli istiqamətləri fəal şəkildə araşdıraraq Mərkəzi Asiya və Xəzər hövzəsi dövlətlərində iştirakını ardıcıl olaraq genişləndirməyi qarşısına məqsəd qoyur.
"Hüquqinfo.az" xəbər verir ki, bu barədə XRG-nin aktivlərin idarə edilməsi üzrə baş vitse-prezidenti Bassem Tadros II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF 2026) bildirib.
"Bizim Azərbaycanda müəyyən mövqelərimiz var. Onları möhkəmləndirmək və inkişaf etdirmək niyyətindəyik. Bundan əlavə, fəaliyyətimiz Xəzərin əks sahilinə - Türkmənistana da yayılır ki, orada biz ölkə hökumətindən olan tərəfdaşlarla, həmçinin "Türkmənqaz" və "Türkmənnebit" dövlət konsernləri ilə birgə iş aparırıq", - o vurğulayıb.
Onun sözlərinə görə, regional bazarlarda sistemli inkişaf hələ də şirkətin əsas strateji istiqamətlərindən biri olaraq qalır: "Biz yeni perspektivlərin axtarışını dayandırmırıq və istər Qazaxıstan, Özbəkistan, istərsə də Mərkəzi Asiyanın digər ölkələrində dinamik artım strategiyasını ardıcıl şəkildə həyata keçiririk".









