Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Daşkəsəndə çətin relyef şəraitində narkotik əməliyyatı ...--:--
News
Prezident: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyi...--:--
News
Azərbaycan Mərkəzi Bankı "Rabitəbank"a icrası məcburi s...--:--
News
İlham Əliyev: Təhlükəsizliyin etibarlı təmin olunması ü...--:--
News
İlham Əliyev onlara müraciət ünvanladı--:--
News
Daşkəsəndə çətin relyef şəraitində narkotik əməliyyatı ...--:--
News
Prezident: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyi...--:--
News
Azərbaycan Mərkəzi Bankı "Rabitəbank"a icrası məcburi s...--:--
News
İlham Əliyev: Təhlükəsizliyin etibarlı təmin olunması ü...--:--
News
İlham Əliyev onlara müraciət ünvanladı--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

iqtisadiyyat

Ötən il Azərbaycanda təkrar mənzil bazarında 41 606 mənzilin alqı-satqısı həyata keçirilib

Bugün, 11:39
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Ötən il ərzində təkrar mənzil bazarında ölkə üzrə 41.606 mənzilin alqı-satqısı aparılıb.

"Hüquqinfo.az-Economics" xəbər verir ki, bununla bağlı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxs tərəfindən təkrar mənzil bazarında müşahidə olunan əsas trendləri və bazar dinamikasını müəyyən etmək məqsədilə 2025-ci ili əhatə edən geniş təhlil (Təkrar mənzil bazarının təhlili) aparılıb.

Aparılan təhlil notariuslar tərəfindən təsdiqlənərək daşınmaz əmlakın dövlət reyestrinə ötürülmüş alqı-satqı qiymətləri, ipoteka kreditləşməsi məbləğləri, mənzillərin yerləşdiyi mərtəbə və binaların xüsusiyyətləri (otaq sayı, kvadratmetr, qiymət və s.) kimi məlumatlar əsasında aparılıb. Eyni zamanda coğrafi olaraq Bakı şəhəri, Abşeron rayonu, Sumqayıt şəhəri və Gəncə şəhəri ayrı-ayrılıqda təhlil edilib, digər rayon və şəhərlər isə bir başlıq altında qiymətləndirilib. Mənzillərin yerləşdiyi binalar tikilmə dövrünə görə 1920-ci ilə qədər, 1920–1991-ci illər və 1992-ci ildən sonrakı dövrlərə ayrılıb, otaq sayına görə isə 1-dən 5 və daha çox otaqlı olmaqla 6 qrup üzrə təsnifatlaşdırılıb. Təhlildə alıcıların hüquqi statusu, cinsiyyəti, yaşa görə bölgüsü üzrə statistika da əks olunub.

Qeyd edək ki, ötən il ərzində təkrar mənzil bazarında ölkə üzrə 41.606 mənzilin alqı-satqısı aparılıb. Təkrar mənzil bazarında qeydiyyatı aparılan yeni tikililər 21.629 (52%) olmaqla lider mövqedədir. İkinci sırada 18.865 sayla (45,3%) Sovet dövründə tikilən mənzillər, 3-cü sırada isə 1.112 sayla (2,7%) Sovet dövründən əvvəl tikilən mənzillər qərarlaşıb.

Ölkə üzrə təkrar mənzil bazarında qeydə alınan 41.606 əqdin böyük hissəsi paytaxtın payına düşüb. Belə ki, Bakı şəhərində 25.031 alqı-satqı əqdi rəsmiləşdirilib. Regionlar arasında isə aktivlik Abşeron rayonunda (6.054 əqd), Sumqayıt şəhərində (3.838 əqd) və Gəncə şəhərində (2.202 əqd) müşahidə olunub. Digər şəhər və rayonların payına isə ümumilikdə 4.481 əqd düşüb.

Məlumat üçün qeyd edək ki, təkrar mənzil bazarı dedikdə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və daha sonra notarial əqdlərlə satılmış mənzillər əsas götürülür. Tikinti şirkətlərinin və ya mənzil-tikinti kooperativlərinin dövlət reyestrində qeydiyyatı olmadan pay satışı və ya üzvlüyə qəbul üsulu ilə apardığı əməliyyatlar təkrar bazarın predmeti hesab edilmir və təhlildə nəzərə alınmayıb.

Sözügedən təhlilin məhz 2025-ci ili əhatə etməsi bu məqsədlə hazırlanmış elektron sistemin həmin ildən etibarən fəaliyyətə başlaması ilə əlaqədardır. Bu da təkrar mənzil bazarındakı dinamikanı daha dəqiq və əhatəli qiymətləndirməyə imkan verib. Qeyd edək ki, yaxın dövr ərzində təkrar mənzil bazarına dair 2026-cı ilin ilk yarısını əhatə edən təhlil xarakterli məlumatın da açıqlanması nəzərdə tutulur.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
iqtisadiyyat

Neft gəlirlərimiz azalır: təcili bunlar edilməlidir - Çağırış

News thumbnail
iqtisadiyyat

Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: “Biznesdə birlikdə” proqramına start verilib

News thumbnail
iqtisadiyyat

"Azəristiliktəchizat" yeni mövsümə hazırlığa dair görülmüş işləri açıqlayıb

Populyar Xəbərlər

News thumbnail
Bugün
siyaset

Leyla Əliyevanın təşəbbüsü ilə Bilgəhdə sahilyanı təmizlik aksiyası keçirilib

Bugün, 12:28
News thumbnail
Bugün
siyaset

Kərkidən əvvəl bu ərazilər Azərbaycana təhvil veriləcək

Bugün, 12:27
News thumbnail
Bugün
huquq

"ABC-Telecom"un və "Tam Store"un reklam qanunvericiliyini pozduğu üzə çıxıb

Bugün, 12:26
News thumbnail
Bugün
idman

Azərbaycanlı şahmatçı Fransa çempionu oldu

Bugün, 12:25

Həftənin Xəbərləri

News thumbnail
Bugün
idman

“Sabah”ın qapıçısı millidə belə qarşılandı

Bugün, 12:23
News thumbnail
Bugün
iqtisadiyyat

Neft gəlirlərimiz azalır: təcili bunlar edilməlidir - Çağırış

Bugün, 12:22
News thumbnail
Bugün
cemiyyet

"Al-Ikhbariya": İsrail Suriya ərazisini atəşə tutub

Bugün, 12:18
News thumbnail
Bugün
siyaset

FHN-dən kənddə yaşayan sakinlərə xəbərdarlıq

Bugün, 12:16
News thumbnail
Bugün
idman

"Şəki" Əsasnamənin tələblərini yerinə yetirmədiyi üçün Azərbaycan Basketbol Liqasına buraxılmayıb

Bugün, 12:14
News thumbnail
Bugün
iqtisadiyyat

Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: “Biznesdə birlikdə” proqramına start verilib

Bugün, 12:12
News thumbnail
iqtisadiyyat

"Abşeron Logistika" maliyyə vəziyyətini açıqlayıb

News thumbnail
iqtisadiyyat

Gürcüstan XİN başçısı: Cənubi Qafqazın qlobal baxımdan əhəmiyyəti artır