Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Həyəcanla mükafat gözləsə də, ala bilmədi--:--
News
İranla münaqişə uzun müddət davam edəcək - BƏƏ--:--
News
Ukrayna ordusu Rusiyada iki neft emalı zavodunu vurub--:--
News
Rafinya - Yamal cütlüyü "Barselona"da XXI əsrdə ən yüks...--:--
News
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salm...--:--
News
Həyəcanla mükafat gözləsə də, ala bilmədi--:--
News
İranla münaqişə uzun müddət davam edəcək - BƏƏ--:--
News
Ukrayna ordusu Rusiyada iki neft emalı zavodunu vurub--:--
News
Rafinya - Yamal cütlüyü "Barselona"da XXI əsrdə ən yüks...--:--
News
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salm...--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

siyaset

FHN-dən kənddə yaşayan sakinlərə xəbərdarlıq

Bugün, 12:16
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Fövqəladə Hallar Nazirliyi səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

Axar.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğın təhlükəsizliyi ilə bağlı kənd yerlərində yaşayan əhaliyə müraciətində bildirilib.

“Bu çərçivədə, baş vermiş yanğın hadisələrinin təhlili göstərir ki, qeydiyyata alınan yanğınların bir hissəsi də kənd və qəsəbələrdə fərdi yaşayış evlərinin həyətyanı sahələrində yığılmış ot tayalarının payına düşür.

Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, təəssüflə qeyd edilməlidir ki, bəzi vətəndaşlar tərəfindən tədarük edilən otun yaşayış evləri və yardımçı tikililərin çardağına, eləcə də tikililərin bilavasitə yaxınlığına, hava elektrik xətlərinin altına yığılması hallarına rast gəlinir. Bununla da yanğın təhlükəsizliyi qaydalarının tələbləri kobud şəkildə pozulur ki, nəticədə ağır fəsadlara səbəb olan yanğın hadisələri baş verir. Belə ki, kənd yerlərində geniş istifadə olunan təndirdən, habelə sobaların tüstü bacasından çıxan ani qığılcım, elektrik naqillərində baş verən qısaqapanma, odla ehtiyatsız davranma, o cümlədən ətrafa atılan sönməmiş siqaret kötükləri, nəzarətsiz qalan uşaqların odla oynaması və digər səbəblər tez alışma xassəsinə malik olan ot tayasının asanlıqla yanmasına və sonda acı nəticələrə gətirib çıxarır.

Təkcə bir faktı demək kifayət edər ki, yalnız cari ilin sentyabr ayının geridə qalan günləri ərzində bu qəbildən olan 22 yanğın faktı qeydə alınıb.

Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi kənd yerlərində yaşayan, o cümlədən ot tədarükü ilə məşğul olan vətəndaşlara müraciət edərək, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır. Xüsusilə nəzərə alınmalıdır ki, mövcud normalara əsasən, ot tayası ilə tikililər arasında ən azı 50 metr, elektrik xətlərindən 15 metr, avtomobil yollarından isə 20 metr yanğına qarşı ara məsafələri gözlənilməlidir.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
siyaset

Kəmaləddin Heydərov Qırğız Respublikasının Azərbaycandakı səfiri ilə görüşüb

News thumbnail
siyaset

Kəmaləddin Heydərov Qırğızıstan səfiri ilə qarşılıqlı maraq doğuran məsələləri müzakirə edib

News thumbnail
siyaset

Kobaxidze ilə Ərdoğan Nyu Yorkda görüşdü

Populyar Xəbərlər

News thumbnail
Bugün
cemiyyet

"Araz Supermarket" barədə protokol tərtib olunub

Bugün, 12:54
News thumbnail
Bugün
huquq

Tibb müəssisəsində qanunvericiliyin tələblərinin pozulması faktları ilə bağlı inzibati tədbirlər görülüb

Bugün, 12:53
News thumbnail
Bugün
iqtisadiyyat

Bakıda klinika ali tibb təhsili olmayan şəxsin apardığı estetik əməliyyata görə 29 min manat cərimələnib

Bugün, 12:53
News thumbnail
Bugün
siyaset

Növbəti köç karvanı Xankəndi və bu rayonlara çatdı

Bugün, 12:53

Həftənin Xəbərləri

News thumbnail
Bugün
son xeberler

Xankəndi, Xocalı və Ağdərəyə növbəti köç olub, açarlar təqdim olunub - FOTO

Bugün, 12:50
News thumbnail
Bugün
huquq

“Coffeemania Next”in yeni filialı Elmlərdə açıldı

Bugün, 12:45
News thumbnail
Bugün
siyaset

Əlilliyi olan 100 min şəxsi reabilitasiya xidmətləri ilə təmin edildi

Bugün, 12:45
News thumbnail
Bugün
idman

“Azərbaycanda milliyə çox təzyiq yoxdur”

Bugün, 12:43
News thumbnail
Bugün
huquq

Köç karvanı Cəbrayılın Şükürbəyli kəndinə çatıb

Bugün, 12:42
News thumbnail
Bugün
huquq

Köç karvanı Cəbrayıla çatıb, açarlar təqdim edilib - YENİLƏNİB

Bugün, 12:41
News thumbnail
siyaset

Növbəti köç karvanı Xankəndi və bu rayonlara çatdı

News thumbnail
siyaset

Əlilliyi olan 100 min şəxsi reabilitasiya xidmətləri ilə təmin edildi