
Hüquqinfo.az bildirir ki,
İsrail Suriyanın Dəra əyalətinin qərbində yerləşən Abidin, Cəmlə və Maariya kəndlərini artilleriya atəşinə tutub.
"Hüquqinfo.az" "Al-Ikhbariya" telekanalına istinadən xəbər verir ki, atəş Qolan təpələrindəki mövqelərdən açılıb.
Telekanalın məlumatına görə, İsrail qüvvələri həmçinin Abidin kəndi səmasına siqnal raketləri buraxıb. Eyni zamanda kəndin hava məkanında İsrail aviasiyasının aktivliyi müşahidə olunub.
Daha əvvəl sərhəddəki Yərmuq çayı hövzəsi ərazisindəki Vadi-ər-Rəqqad vadisində İsrail bölmələrinin hərəkəti qeydə alınmışdı.







