
Hüquqinfo.az bildirir ki,
"Abşeron Logistika" MMC 2025-ci ili 6,187 milyon manat xalis mənfəətlə başa vurub.
"Hüquqinfo.az" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 1,3 % çoxdur.
Ötən il "Abşeron Logistika"nın vergiyəqədərki mənfəəti 7,659 milyon manat (əvvəlki ilə nisbətən 1,4 % çox), mənfəət vergisi ödəmələri isə 1,472 milyon manat (1,8 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə "Abşeron Logistika"nın aktivləri 46,237 milyon manat olub ki, bu da illik müqayisədə 24,1 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 21,3 % artaraq 25,589 milyon manata, balans kapitalı isə 27,7 % artaraq 20,648 milyon manata çatıb.
Xatırladaq ki, "Abşeron Logistika" 2017-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 500 manatdır. Şirkətin təsisçiləri 65 % payla Ləfafət Şirinova və 35 % payla "PAŞA Holdinq" MMC-yə məxsus "PMD Qrup" MMC-dir.










