
Hüquqinfo.az bildirir ki,
ABŞ administrasiyası Konqresin Ukraynaya hərbi yardım üçün ayırdığı 400 milyon dollar vəsaitin 99,8 faizini istifadə edib.
Hüquqinfo.az xəbər verir ki, bu barədə Delaver ştatından demokrat senator Kris Kuns “The Washington Sun”a bildirib.
Onun sözlərinə görə, Pentaqon vəsaitin konkret xərclərə yönəldildiyini təsdiqləyib.
Kuns vəsaitin son anda istifadə olunmasını və Konqresin vaxtında məlumatlandırılmamasını tənqid edib.
Məlumata görə, yardım paketinə 200 milyon dollar dəyərində silah, 100 milyon dollarlıq ehtiyat hissələri və 100 milyon dollar dəyərində daşınma xidmətləri daxil olacaq.
“Reuters”in məlumatına görə, paketdə Ukraynanın tələb etdiyi “Patriot” sistemləri üçün raketlər olmayacaq.










