Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə o...--:--
News
İranda ilk: Qadınlar da hərbi təlimə başladı - Foto--:--
News
“Ronaldo komanda üçün problem təşkil etmir”--:--
News
56 yaşlı qadını maşın vurub öldürdü--:--
News
Qarabağdakı bağçalarda işləmək istəyənlərə xoş xəbər--:--
News
Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə o...--:--
News
İranda ilk: Qadınlar da hərbi təlimə başladı - Foto--:--
News
“Ronaldo komanda üçün problem təşkil etmir”--:--
News
56 yaşlı qadını maşın vurub öldürdü--:--
News
Qarabağdakı bağçalarda işləmək istəyənlərə xoş xəbər--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

iqtisadiyyat

Müəllimlərə yeni status: Mənzil, pensiya və digər güzəştlər...

Bugün, 22:03
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Müəllimlərə dövlət qulluqçusu statusunun verilməsi təhsil sistemində və cəmiyyətdə geniş müzakirə olunan mühüm mözulardandır. Bir çox beynəlxalq təcrübələrdə bu addım müəllim peşəsinin nüfuzunu artırmaq, sosial təminatları gücləndirmək məqsədi daşıyır.

Belə bir mexanizmin ölkəmizdə də reallaşması müəllimlik peşəsinin statusuna necə təsir edərdi?

Axar.az xəbər verir ki, təhsil eksperti Elçin Əfəndi bu mövzuda Hüquqinfo.az-a danışıb.

"Azərbaycanda da belə bir status verilərsə, müəllimlər dövlət qulluqçuları üçün nəzərdə tutulan bir sıra güzəşt və imtiyazlardan faydalana bilər. Məsələn, güzəştli mənzillər almaq üçün imkanlar yarana bilər.

Bundan əlavə, dövlət qulluqçusu statusu aldıqdan sonra, müəllimlər müvafiq olaraq vahid iş rejiminə keçid etməlidirlər. Yəni onlar konkret olaraq müəyyən iş saatlarını təhsil müəssisəsində keçirməlidirlər. Bu da müəllimlərin konkret və stabil iş yeri anlamı daşıyır", - o deyib.

"Müəllimlər dövlət qulluqçusu statusu alarlarsa, onların ümumi stajları, pedaqoji stajları müvafiq olaraq əmək pensiyasına erkən çıxmalarına imkan yarada bilər. Ölkəmizlə bağlı misal göstərə bilərəm ki, sertifikasiyada müsabiqədən kəsilənlər oldu. Və stajları az olduğuna görə, əmək pensiyasına daha erkən çıxa bilmədilər. Halbuki, dövlət qulluqçusu olduğu zaman onların pedaqoji stajı nəzərə alınmaqla daha erkən əmək pensiyasına çıxmalarına imkan yarana bilər. Yəni bu status bir çox müsbət dəyişikliklər gətirə bilər".

Dünyada bir sıra ölkələr var ki, müəllimlər rəsmi imtahanlardan keçərək işə qəbul olunurlar və birbaşa dövlət aparatının işçisi sayılırlar. Bu ölkələrə Fransa, Almaniya, Türkiyə, İspaniya, İtaliya, Yunanıstan, Portuqaliya və Yaponiya aiddir. Bu ölkələrdə həmin status onlara yüksək maaş, vergi güzəştləri və stabil iş təminatı verir.

Formal olaraq bu statusa sahib olmayan, ancaq eyni təminat və güzəştlərə sahib ölkələr də var. Bu ölkələrə isə Cənubi Koreya, Finlandiya və Estoniya daxildir. Həmin ölkələrdə müəllimlər "klassik dövlət qulluqçusu" olmasalar da, dövlət qulluqçularının malik olduğu bütün sosial, maddi və hüquqi təminatlara bərabər imtiyazlardan tam yararlanırlar.

Böyük Britaniya, İsveç, Danimarka, Norveç və Niderland kimi ölkələrdə isə müəllimlər dövlət qulluqçusu sayılmırlar. Onlar dövlət sektorunda və ya yerli bələdiyyələrdə əmək müqaviləsi əsasında çalışan işçilərdir.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
iqtisadiyyat

“Eşref” geri qayıdır

News thumbnail
iqtisadiyyat

Serbiyanın Neft Sənayesinin fəaliyyət lisenziyası oktyabrın 30-dək uzadılıb

News thumbnail
iqtisadiyyat

Polkovniklər üçün pensiyaya çıxma yaşı bəlli oldu

Populyar Xəbərlər

News thumbnail
Bugün
siyaset

ABŞ-nin Azərbaycandakı səfirliyi: Bakı ilə müdafiə sahəsində tərəfdaşlığı genişləndiririk

Bugün, 22:07
News thumbnail
Bugün
dunya

Tramp ABŞ qoşunlarının İraqdan tam çıxarılmasını administrasiyasının qələbəsi adlandırıb

Bugün, 22:07
News thumbnail
Bugün
iqtisadiyyat

“Eşref” geri qayıdır

Bugün, 22:00
News thumbnail
Bugün
dunya

Tramp ABŞ-ın İraqdakı missiyasının başa çatdığını elan edib

Bugün, 21:59

Həftənin Xəbərləri

News thumbnail
Bugün
idman

"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunda əsas mərhələyə yüksəlib

Bugün, 21:59
News thumbnail
Bugün
idman

Ayxan Abbasov: Millilər arasında zəif rəqib olmur

Bugün, 21:55
News thumbnail
Bugün
idman

Ronaldo onunla mübahisə edib düşərgəni tərk etdi

Bugün, 21:55
News thumbnail
Bugün
iqtisadiyyat

Serbiyanın Neft Sənayesinin fəaliyyət lisenziyası oktyabrın 30-dək uzadılıb

Bugün, 21:42
News thumbnail
Bugün
siyaset

Zakir Həsənov bu ölkələrin müdafiə nazirləri ilə görüşdü

Bugün, 21:37
News thumbnail
Bugün
dunya

Sərnişinlər İsrailə gətirildi, Netanyahu şəxsən qarşıladı

Bugün, 21:30
News thumbnail
iqtisadiyyat

Xorvatiya və Azərbaycan iqtisadi tərəfdaşlığı konkret layihələrə çevirmək niyyətindədir

News thumbnail
iqtisadiyyat

ABŞ-ın müdafiə sənayesi şirkətləri Bakıda keçirilən ADEX 2026 sərgisində iştirak ediblər