
Hüquqinfo.az bildirir ki,
Sentyabrın 23-də səhər saatlarında Rusiya ordusunun Kiyevə kütləvi dron hücumu nəticəsində şəhərdə yanacaqdoldurma məntəqələri, biznes mərkəzi, mağaza, anbar və nəqliyyat infrastrukturu zərər görüb, yanğınlar baş verib.
Məlumata görə, dronlardan biri Holosiivski rayonunda dəmir yolu vağzalının yaxınlığında dördmərtəbəli biznes mərkəzinə düşüb. Həmin rayonda yanacaqdoldurma məntəqəsi və anbar da zərər görüb.
Ukrayna tərəfi hücum zamanı şəhərin bəzi ərazilərində dəmir yolu hərəkətinin də dayandırıldığını bildirib.









