










Hüquqinfo.az bildirir ki,
Hüquqinfo.az xəbər verir ki, Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF-2026) çərçivəsində Rusiyanın Akademik "Malıy" Dram Teatrı – Avropa Teatrı Anton Pavloviç Çexovun "Qağayı" pyesi əsasında hazırlanan eyniadlı səhnə əsərini Azərbaycan Dövlət Akademik Musiqili Teatrında təqdim edib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva, qızı Leyla Əliyeva və Alyona Əliyeva tamaşanı izləyənlər arasında olublar.
"Qızıl maska" laureatı Lev Dodinin quruluş verdiyi tamaşada Rusiyanın Xalq artisti Sergey Kurışev, Əməkdar artistlər Yelizaveta Boyarskaya, İqor Çerneviç və digər tanınmış aktyorlar çıxış ediblər. Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşan BIAF-2026 noyabrın 8-dək davam edəcək və müxtəlif ölkələrdən gələn sənətçilərin iştirakı ilə 20-dən çox tədbiri əhatə edir.









