Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
"Formula 2": Aleks Dann növbəti dəfə Bakıda qalib olub ...--:--
News
Tahir Gozəl: “Qarabağ”a yeni transferlər lazımdır, bunu...--:--
News
"Minkənd" Kiçik Su Elektrik Stansiyasının açılışı oldu--:--
News
Barları şadlıq evlərinə köçürüblər, belə toy olar? - Vi...--:--
News
Müşahidə Şurasının sədri: “Azərsun” mövcud zavodunu iki...--:--
News
"Formula 2": Aleks Dann növbəti dəfə Bakıda qalib olub ...--:--
News
Tahir Gozəl: “Qarabağ”a yeni transferlər lazımdır, bunu...--:--
News
"Minkənd" Kiçik Su Elektrik Stansiyasının açılışı oldu--:--
News
Barları şadlıq evlərinə köçürüblər, belə toy olar? - Vi...--:--
News
Müşahidə Şurasının sədri: “Azərsun” mövcud zavodunu iki...--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

siyaset

Anar Quliyev: Azərbaycanda 68 şəhər üçün iyirmi illik baş plan hazırlanıb

Bugün, 11:22
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Azərbaycanın 79 şəhərindən 68-i üçün 20 illik Baş plan hazırlanıb, digər şəhərlər üzrə isə müvafiq sənədlərin təsdiqi prosesi davam edir.

Hüquqinfo.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən “Yaranan investisiya istiqamətləri: Daşınmaz əmlak, turizm və şəhərsalma” mövzusunda sessiyada çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycanda şəhərsalma yanaşması strateji ərazi planlaşdırılması, müasir infrastruktur, dayanıqlı inkişaf və daha proqnozlaşdırılan inkişaf mühitinə əsaslanır.

“Şəhər transformasiyası baxışla başlayır, lakin baş planlaşdırma vasitəsilə reallığa çevrilir”, - Anar Quliyev qeyd edib.

Komitə sədrinin sözlərinə görə, baş planlar yalnız tənzimləyici sənəd deyil, həm də yaşayış, infrastruktur, mobillik, iqtisadi fəaliyyət, ətraf mühit və həyat keyfiyyətini bir araya gətirən çərçivədir.

O əlavə edib ki, şəhərsalma və tikinti sektorunda yaşıl tikinti prinsipləri, enerji səmərəliliyi, dayanıqlı infrastruktur, rəqəmsal icazə və rəqəmsallaşma getdikcə daha mühüm rol oynayır.

Anar Quliyev Bakının Baş Planı 2040-ın paytaxtın inkişafı üçün uzunmüddətli çərçivə yaratdığını bildirib. Onun sözlərinə görə, sənəd yeni şəhər ərazilərinin inkişafını, mövcud ərazilərin yenilənməsini və yeni investisiya imkanlarının formalaşdırılmasını nəzərdə tutur.

Komitə sədri qeyd edib ki, keçmiş sənaye ərazilərinin yenidən inkişaf etdirilməsi də Bakının şəhərsalma potensialının genişləndirilməsi baxımından mühüm istiqamətlərdəndir.

O, Bakıdakı “White City” layihəsini keçmiş sənaye ərazisinin ekoloji bərpası və kompleks yenidən inkişafına nümunə kimi göstərib.

Anar Quliyev “Sea Breeze” layihəsinin də Bakının daha çoxmərkəzli şəhər strukturunun formalaşmasına və yeni inkişaf məkanının yaradılmasına töhfə verdiyini vurğulayıb.

“Bizim məqsədimiz ayrı-ayrı layihələrə deyil, tam planlaşdırılmış və investisiya baxımından cəlbedici urbanizasiyaya keçməkdir”, - o bildirib.

Komitə sədri beynəlxalq investorları, developer şirkətləri və maliyyə institutlarını Azərbaycanın şəhərsalma layihələrində iştirak etməyə çağırıb.

O qeyd edib ki, Azərbaycan xarici tərəfdaşlarla kapitaldan əlavə, beynəlxalq təcrübə, innovativ inkişaf modelləri, texnologiyalar və uzunmüddətli yanaşmalar sahəsində əməkdaşlığa hazırdır.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
siyaset

Florian Zengştşmid: Azərbaycanın regionlarında turizm üçün böyük imkanlar var

News thumbnail
siyaset

Tahir Gözəl: ASB Bankın Londonda filialının açılması müzakirə olunur

News thumbnail
siyaset

Laçında traktor minaya düşdü

Populyar Xəbərlər

News thumbnail
Bugün
siyaset

Laçında traktor minaya düşüb

Bugün, 11:53
News thumbnail
Bugün
iqtisadiyyat

Azərbaycanda 3 milyon kvadratmetrdən çox tikinti sahəsi investisiyalar üçün hazırlanıb

Bugün, 11:51
News thumbnail
Bugün
iqtisadiyyat

“Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik” adlı panel sessiya keçirildi

Bugün, 11:50
News thumbnail
Bugün
iqtisadiyyat

KPMG: Azərbaycan beynəlxalq biznesin əsas regional platformasına çevrilə bilər

Bugün, 11:46

Həftənin Xəbərləri

News thumbnail
Bugün
cemiyyet

Bakıda təqaüdçüləri kömək etmək adı ilə talayan şəxs saxlanılıb - VİDEO

Bugün, 11:46
News thumbnail
Bugün
son xeberler

Emin Ağalarov: “Sea Breeze” ərazisində 5 mln. kvadratmetrdən çox tikinti aparılır

Bugün, 11:45
News thumbnail
Bugün
iqtisadiyyat

Azərbaycanda şəhərlərin inkişafı üçün planlaşdırma və investisiya çərçivəsi yaradılıb

Bugün, 11:43
News thumbnail
Bugün
cemiyyet

Təqaüdçüləri kömək etmək adı ilə talamaqda şübhəli bilinən şəxs saxlanılıb

Bugün, 11:43
News thumbnail
Bugün
siyaset

Təhsil bir nömrəli prioritetdir - İlham Əliyev

Bugün, 11:43
News thumbnail
Bugün
siyaset

Simonida Kordiç: "Azərbaycan Monteneqronun ən mühüm investorlardan biridir"

Bugün, 11:41
News thumbnail
siyaset

Laçında traktor minaya düşüb

News thumbnail
siyaset

Təhsil bir nömrəli prioritetdir - İlham Əliyev