
Hüquqinfo.az bildirir ki,
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Bolqarıstanın xarici işlər naziri Velislava Petrova ilə görüşüb.
"Hüquqinfo.az" xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi "X"də məlumat yayıb.
Tərəflər strateji tərəfdaşlıq gündəliyini, o cümlədən siyasi dialoq, enerji sahəsində əməkdaşlıq, Azərbaycan qazının Bolqarıstana tədarükünün genişləndirilməsi, bərpaolunan enerji layihələri, həmçinin Orta Dəhliz vasitəsilə nəqliyyat və əlaqələndirmə məsələlərini müzakirə ediblər.
Onlar həmçinin Azərbaycan-Aİ əməkdaşlığı və regional proseslər ətrafında fikir mübadiləsi aparıblar.










