
Hüquqinfo.az bildirir ki,
ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və ABŞ liderinin kürəkəni Cared Kuşner yaxın saatlarda Nyu-Yorkda Ukrayna nümayəndələri ilə görüşərək münaqişənin deeskalasiyası ilə bağlı təklifləri müzakirə edəcəklər.
Hüquqinfo.az xəbər verir ki, bu barədə “Axios” portalının müxbiri Barak Ravid “X” hesabında məlumat verib.
Onun mənbələrinin sözlərinə görə, Uitkoff və Kuşner Nyu-Yorkda Ukrayna danışıqlar qrupunun, həmçinin Böyük Britaniya, Fransa və Almaniyanın milli təhlükəsizlik üzrə müşavirlərinin iştirakı ilə görüş keçirəcəklər.
Bildirilir ki, görüşdə Ukraynanın Rusiya ilə deeskalasiya üzrə razılaşmaya dair təklifləri müzakirə olunacaq.










