
Hüquqinfo.az bildirir ki,
BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə görüşüb.
Bildirilib ki, görüşdə ikitərəfli gündəlik, regional və beynəlxalq təhlükəsizlik mühitində baş verən proseslər, həmçinin sülh və sabitliyin təşviqi perspektivləri müzakirə olunub.
Nazirlər davam edən geosiyasi proseslər, beynəlxalq hüququn prinsiplərinə riayət edilməsinin əhəmiyyəti və münaqişələrin həllində konstruktiv dialoqun rolu barədə fikir mübadiləsi aparıblar.
Təhlükəsizlik çağırışlarının həlli və davamlı sülhün təşviqində çoxtərəfli əməkdaşlığın əhəmiyyəti bir daha vurğulanıb.










