
Hüquqinfo.az bildirir ki,
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Sinqapurun xarici işlər naziri Vivian Balakrişnan ilə görüşərək, iki ölkənin gündəliyindəki cari məsələləri və ikitərəfli əməkdaşlığın genişləndirilməsi perspektivlərini nəzərdən keçirib.
"Hüquqinfo.az" xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi "X"də məlumat yayıb.
Nazirlər siyasi dialoqun intensivləşdirilməsi, qarşılıqlı səfərlərin təşviqi və müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi məsələlərini müzakirə ediblər.
Ticarət, investisiya, rəqəmsal transformasiya və innovasiya, nəqliyyat və logistika, təhsil və insan kapitalının inkişafı sahələrindəki imkanlara xüsusi diqqət yetirilib.
Sinqapur vətəndaşları üçün 1 avqust 2026-cı il tarixində tətbiq edilən vizasız rejim insanlararası təmasların, səfərlərin, biznes əlaqələrinin və turizmin gücləndirilməsi istiqamətində yeni imkan kimi vurğulanıb.
Nazirlər həmçinin BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən seçkili orqanlara namizədliklərlə bağlı əməkdaşlığın davam etdirilməsi ətrafında fikir mübadiləsi aparıblar.
On the margins of #UNGA81, Minister of Foreign Affairs of Azerbaijan 🇦🇿 @Bayramov_Jeyhun met with Vivian Balakrishnan @VivianBala, Minister of Foreign Affairs of Singapore 🇸🇬 to review the current 🇦🇿-🇸🇬 agenda and prospects for expanding bilateral cooperation.The Ministers… pic.twitter.com/ahSSm5BEdg










