
Hüquqinfo.az bildirir ki,
Azərbaycan QHT-ləri Ermənistanda Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun işğaldan azad edilmiş ərazilərə səfəri ilə əlaqədar başlanmış kampaniya əleyhinə bəyanat yayıb.
Biz – Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun işğaldan azad edilmiş Qarabağa və Şərqi Zəngəzura sonuncu səfərinə Ermənistanın müxtəlif dairələrinin verdiyi reaksiyanı qəti şəkildə pisləyirik!
Bu reaksiya mahiyyət etibarilə ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə qəsd, Azərbaycanın daxili işlərinə müdaxilə və açıq-aşkar irridentizm cəhdidir. Ermənistanda bir mərkəzdən idarə edilən bu davranışlar Azərbaycan-Ermənistan sülh gündəliyinə ciddi zərbə vurmaqla, iki ölkə arasında davam edən normallaşma prosesini axsatmağa hesablanmış açıq təxribatdır. Erməni xalqının sülhə hazır olmadığı aşkara çıxdı. "Real Ermənistan" hekayəti iflasa uğrayır.
Azərbaycan xalqının tarixinin, mədəniyyətinin, o cümlədən Qafqaz Albaniyasının zəngin irsinin danılması siyasətinə son qoyulmalıdır. Ermənistanın baş naziri Gəncəsər məbədinin erməni mənşəyini "sübut etmək" üçün Matenadaran institutunun rəyinə istinad edir. Qəribədir, Matenadaran institutuna başqa bir ölkənin suveren ərazisindəki abidənin mənşəyini təyin etmək hüququnu kim verib? Bu suala cavab verin, cənablar! Yalançı tarixdən, milli müstəsnalıq mərəzindən, düşmənçilikdən yorulmadınızmı? 2023-cü ilin sentyabrında özünü buraxdığını elan etmiş keçmiş qondarma rejimin tör-töküntüləri niyə yenidən peyda olaraq müxtəlif diplomatik nümayəndəliklərə və beynəlxalq təşkilatlara sərsəm məktublar ünvanlamağa başlayıb?
Azərbaycan xalqına qarşı etnik nifrəti dövlət siyasəti halına gətirmiş, Qarabağ və Şərqi Zəngəzuru 30 il işğal altında saxlamış, Xocalı soyqırımını törətmiş, tarixi-mədəni irsimizi dağıtmış Ermənistanın ölkəmizin daxili işlərinə qarışmaq cəhdləri qəbuledilməzdir!
Biz Ermənistan ərazisində Azərbaycan xalqının talan edilmiş, saxtalaşdırılmış mədəni və dini irsini də unutmamışıq. Sərdar sarayının, qəbiristanlıqlarımızın yerlə-yeksan edilməsini, Dədə Ələsgərin məzarının dağıdılmasını, Göy məscidin təhrif edilməsini unutmamışıq!
Ermənistan hökuməti əgər doğrudan da Azərbaycanla sülh gündəliyinə sadiqdirsə, bu isteriyaya, düşmənçiliyə son qoymalı, hələ də fəaliyyətinə şərait yaratdığı, Azərbaycana qarşı irridentist ideyaları təbliğ edən şəxsləri və təşkilatları məsuliyyətə cəlb etməlidir.
Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri olaraq qəti əminik ki, Azərbaycan dövləti Ermənistan və onun havadarları tərəfindən ölkəmizi hədəf alan bu cür əməllərin qarşısı qətiyyətlə alınacaq!
14. Səltənət Qocamanlı – "İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi" İctimai Birliyi
15. Novella Cəfərova – "D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti" İctimai Birliyi
16. Səadət Bənənyarlı – "Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi" İctimai Birliyi
19. Rey Qasımov – "Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası" İctimai Birliyi
24. Zaur İbrahimli – "Prioritet" Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyi
28. Cəsarət Hüseynzadə – "İnformasiya və Sosial Təşəbbüslərə Dəstək" İctimai Birliyi
30. Əhməd Abbasbəyli – "Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı Mərkəzi" İctimai Birliyi
31. Fuad Abbasov – "Misra" İnformasiya Mübadiləsi və Təşəbbüsləri İctimai Birliyi
32. Fuad Hüseynzadə – "Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi" İctimai Birliyi
37. Əfsələddin Ağalarov – "Gəncliyin Sosial-İqtisadi İnkişafına Yardım" İctimai Birliyi
38. Yadigar Məmmədli – "Azərbaycan Demokratik Jurnalistlər Liqası" İctimai Birliyi
40. Mübariz Əsgərov – "Obyektiv" Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyi
41. Tünzalə Abdullalimova – "Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi
43. Vüqar Qədirov – "Qayıdış və Dirçəliş Naminə Gənclər Təşkilatı" İctimai Birliyi
46. Fikrət Yusifov – "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyi
47. İlqar Hüseynli – "Sosial-strateji tədqiqatlar və analitik araşdırmalar" İctimai Birliyi
52. Lalə Sərdarlı – "Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım" İctimai Birliyi









