Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Azərbaycan bu türk ölkələri ilə birgə təlimə başlayır--:--
News
“20 Yanvar”dakı bu yerdə də maşından rahat düşüb-minəcə...--:--
News
Bricit Makron haqqında iddiaları ilə tanınan jurnalist ...--:--
News
“Neftçi” futbolçuları meydana dəbilqə ilə çıxdı--:--
News
Makronun xanımının kişi olmasını iddia edən jurnalist ö...--:--
News
Azərbaycan bu türk ölkələri ilə birgə təlimə başlayır--:--
News
“20 Yanvar”dakı bu yerdə də maşından rahat düşüb-minəcə...--:--
News
Bricit Makron haqqında iddiaları ilə tanınan jurnalist ...--:--
News
“Neftçi” futbolçuları meydana dəbilqə ilə çıxdı--:--
News
Makronun xanımının kişi olmasını iddia edən jurnalist ö...--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

siyaset

Azərbaycan TDT daxilində fəal mövqeyə malikdir

Bugün, 16:40
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Türk Dövlətləri Təşkilatının (TDT) son illərdə keçdiyi inkişaf yolu onun beynəlxalq gündəlikdə mühüm məsələlər üzrə söz demək imkanları genişlənən təşkilata çevrildiyini göstərir.

O, bildirib ki, Prezident İlham Əliyevin sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirdiyi fikirlər də bu inkişafın qarşıdakı mərhələsinə dair aydın baxış ortaya qoyur:

“Dövlət başçısının vurğuladığı kimi, müzakirə olunan məsələlər beynəlxalq təhlükəsizlikdən multikulturalizmə, ticarətdən nəqliyyata və humanitar əməkdaşlığa qədər geniş spektri əhatə edir”.

Millət vəkilinin fikrincə, Təşkilatın imkanlarını artıran əsas amillərdən biri üzv dövlətlərin potensialının qarşılıqlı əməkdaşlıq mexanizmləri ilə birləşdirilməsidir:

“Azərbaycan bu prosesdə ikitərəfli əlaqələri TDT çərçivəsində çoxtərəfli əməkdaşlıqla tamamlayır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondlarının yaradılması qarşılıqlı investisiyaların cəlb edilməsi və səfərbər olunması baxımından mühüm istiqamətdir. Belə layihələr siyasi münasibətlərin iqtisadi məzmunla zənginləşdirilməsinə xidmət edir. Nəqliyyat bağlantılarının genişləndirilməsi, investisiyaların təşviqi və ticarət əlaqələrinin dərinləşdirilməsi türk dünyasının ümumi potensialından daha səmərəli istifadəyə şərait yaradır.

Dövlət başçımızın “Biz birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq institutlardan, aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq” fikri bu baxışın strateji istiqamətini ifadə edir. Burada söhbət yalnız təşkilatın nüfuzunun yüksəldilməsindən deyil, onun beynəlxalq münasibətlər sistemində praktiki rolunun genişləndirilməsindən gedir. Bunun üçün üzv dövlətlərin siyasi iradəsi, iqtisadi imkanları və əməkdaşlıq təcrübəsi mühüm resursdur. Azərbaycanın TDT daxilində fəal mövqeyi də bu məqsədlərlə uzlaşır. Bakı həm ikitərəfli münasibətlərdə, həm də çoxtərəfli formatlarda qarşılıqlı fəaliyyətin dərinləşdirilməsini dəstəkləyir. Azərbaycanın təşəbbüsləri Türk dövlətləri arasında etimadın möhkəmlənməsinə və birgə layihələrin genişlənməsinə zəmin yaradır. Prezident İlham Əliyevin çıxışında diqqət çəkən digər məqam qarşıdakı mərhələyə verilən qiymətdir. Dövlət başçısı əsas diqqətin bundan sonra birgə işə, qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsinə, ölkələr və xalqlar arasında daha sıx əlaqələrin qurulmasına yönəldilməli olduğunu bildirib. Bu yanaşma TDT-nin inkişafında yeni mərhələnin məzmununu müəyyənləşdirir. Beləliklə, türk dövlətləri arasında əməkdaşlıq artıq yalnız tarixi və mədəni yaxınlıq üzərində deyil, konkret iqtisadi, nəqliyyat və humanitar layihələr üzərində də möhkəmlənir. Bu imkanları vahid əməkdaşlıq məkanında daha səmərəli birləşdirmək TDT-nin qarşısında duran mühüm vəzifələrdəndir” .

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
siyaset

Azərbaycan bu türk ölkələri ilə birgə təlimə başlayır

News thumbnail
siyaset

Bricit Makron haqqında iddiaları ilə tanınan jurnalist Nataşa Rey vəfat edib

News thumbnail
siyaset

Makronun xanımının kişi olmasını iddia edən jurnalist öldü

Populyar Xəbərlər

News thumbnail
Bugün
iqtisadiyyat

XİN: Ermənistanda Rusiya iqtisadi operatorlarının maraqlarının pozulması cavabsız qalmayacaq

Bugün, 17:33
News thumbnail
Bugün
dunya

Rusiya Ermənistana xəbərdarlıq edib

Bugün, 17:33
News thumbnail
Bugün
siyaset

Azərbaycan Fransaya karbamid tədarük etməyə başlayıb

Bugün, 17:30
News thumbnail
Bugün
siyaset

Tramp deyirdi ki, Putin kimi olmaq istəyirəm - Sallivan

Bugün, 17:22

Həftənin Xəbərləri

News thumbnail
Bugün
huquq

Həbsinə heç kim inanmırdı...

Bugün, 17:22
News thumbnail
Bugün
siyaset

Layihə rəhbəri: "Pirqulu Park" hoteli ən yüksək standartlara cavab verir

Bugün, 17:21
News thumbnail
Bugün
siyaset

Nizamidə Dövlət Suverenliyi Günü münasibətilə konfrans keçirildi

Bugün, 17:20
News thumbnail
Bugün
siyaset

“Pirqulu Park” hotelində 600 nəfərlik konqres binası yaradılıb - FOTO

Bugün, 17:19
News thumbnail
Bugün
siyaset

Makronun həyat yoldaşı ilə bağlı məhkəmədə bəraət qazanan jurnalist Nataşa Rey vəfat edib

Bugün, 17:18
News thumbnail
Bugün
iqtisadiyyat

Yevlaxda iki yük maşını toqquşub, ölən və yaralanan var

Bugün, 17:18
News thumbnail
siyaset

Putinin təxribatlarına reaksiya verməməliyik – Meloni

News thumbnail
siyaset

Azərbaycan Fransaya karbamid tədarük etməyə başlayıb