Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Dubay Əmirinin qardaşı dəfn edildi--:--
News
Döyüşdəki üstünlüyü siyasi qazanca çevirmək... - Qaliba...--:--
News
Rəşad Eyubov: "Nəriman Axundzadə şəxsi ambisiyalarını k...--:--
News
Yuri Maksimov yenidən Azərbaycanda: Bu klubla anlaşdı--:--
News
Azərbaycanın güləş millilərinin məşqçiləri üçün təlim p...--:--
News
Dubay Əmirinin qardaşı dəfn edildi--:--
News
Döyüşdəki üstünlüyü siyasi qazanca çevirmək... - Qaliba...--:--
News
Rəşad Eyubov: "Nəriman Axundzadə şəxsi ambisiyalarını k...--:--
News
Yuri Maksimov yenidən Azərbaycanda: Bu klubla anlaşdı--:--
News
Azərbaycanın güləş millilərinin məşqçiləri üçün təlim p...--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

siyaset

Azərbaycan və Türkiyənin vəkillik institutları arasında əməkdaşlıq müzakirə olunub

Bugün, 15:48
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Azərbaycan və Türkiyənin vəkillik institutları arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.

Bildirilib ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin (VK) sədri Anar Bağırov VK-nın dəvəti ilə Azərbaycanda səfərdə olan Türkiyə Hüquqşünas Qadınlar Dərnəyinin sədri, Beynəlxalq Hüquqşünas Qadınlar Federasiyasının sədr müavini Zübeydə Aksayın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Anar Bağırov Azərbaycan və Türkiyə arasında mövcud olan qardaşlıq, dostluq və qarşılıqlı əməkdaşlıq münasibətlərinin son illərdə daha da inkişaf etdiyini deyib.

Sədr xalqları birləşdirən ortaq tarixi, mədəni və mənəvi dəyərlərin hüquq institutları arasında əlaqələrin inkişafına da mühüm təsir göstərdiyini qeyd edib. Anar Bağırov dövlət başçılarının həyata keçirdiyi ardıcıl siyasət nəticəsində iki ölkə arasındakı münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini, bunun da vəkillik institutları arasında əməkdaşlığın genişlənməsinə müsbət təsir göstərdiyini bildirib.

Sədr son illərdə VK-da həyata keçirilən islahatlar, institusional inkişaf və beynəlxalq əməkdaşlıq istiqamətində görülən işlər barədə məlumat verib, Azərbaycanda vəkillik institutunun inkişaf mərhələlərinə, Kollegiyanın fəaliyyətinin müasir idarəetmə prinsipləri əsasında təşkilinə və maliyyə müstəqilliyinin təmin olunmasına toxunub.

Eyni zamanda Anar Bağırov çıxışında türk dünyasının ilk qadın hüquqşünası və vəkili olan Sürəyya Ağaoğlunun həyat və fəaliyyəti barədə də məlumat verib, onun hüquq peşəsində qadınların rolunun formalaşmasına verdiyi töhfələrdən danışıb.

Sədr nəzərə çatdırıb ki, son illərdə həyata keçirilən islahatlar nəticəsində qadınların vəkillik peşəsinə marağı və vəkil korpusunda təmsilçiliyi əhəmiyyətli dərəcədə artıb. Xüsusilə 2018-ci ildən etibarən bu istiqamətdə görülən işlər qadın vəkillərin peşəkar inkişafı, şəbəkələşməsi və qarşılaşdıqları gender əsaslı çətinliklərin aradan qaldırılması üçün yeni imkanlar yaradıb.

Öz növbəsində, Türkiyə Hüquqşünas Qadınlar Dərnəyinin sədri, Beynəlxalq Hüquqşünas Qadınlar Federasiyasının sədr müavini Zübeydə Aksay səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib. O, Beynəlxalq Hüquqşünas Qadınlar Federasiyasının yaradıcılarından biri olmuş Sürəyya Ağaoğlunun təşkilatda gördüyü işlərdən danışıb, rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri və gələcək planları barədə məlumat verib. Həmçinin Zübeydə Aksay qadın vəkillərin beynəlxalq həmrəyliyinin gücləndirilməsinin vacibliyini vurğulayıb və Azərbaycan ilə Türkiyənin qadın vəkilləri arasında mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyətinə toxunub.

Görüş çərçivəsində bildirilib ki, VK Qadın Vəkillər Alyansı Beynəlxalq Hüquqşünas Qadınlar Federasiyasına üzv olmaq üçün müraciət edib. Bu münasibətlə Federasiyanın sədri Manoela Gonçalves Silvanın videomüraciəti nümayiş etdirilib. O, çıxışında Alyansın Beynəlxalq Hüquqşünas Qadınlar Federasiyasına üzv olması üçün müraciətini böyük məmnuniyyətlə qarşıladığını söyləyib.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
siyaset

Toğrul Xəlilov bu mərkəzə direktor təyin edildi

News thumbnail
siyaset

Dubay Əmirinin qardaşı dəfn edildi

News thumbnail
siyaset

"Birliyin gücü"nü nümayiş etdirən təlim - hədəfə doğru addım - ŞƏRH

Populyar Xəbərlər

News thumbnail
Bugün
siyaset

Prezident: Ermənistan işğal dövründə Kəlbəcər, Laçın və Zəngilanda 60 min hektar meşə fondunu məhv edib

Bugün, 16:11
News thumbnail
Bugün
siyaset

Tahir Tağızadə Serbiya XİN-in dövlət katibi Damyan Yoviç ilə əməkdaşlığı müzakirə edib

Bugün, 16:11
News thumbnail
Bugün
idman

Azərbaycan ilə Yunanıstan arasında idman sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

Bugün, 16:10
News thumbnail
Bugün
idman

Azərbaycanda bu futbol klubu ləğv olundu

Bugün, 16:08

Həftənin Xəbərləri

News thumbnail
Bugün
huquq

Qərbi Azərbaycanın yaddaş məkanları: Şəki kəndinin tarixi

Bugün, 16:06
News thumbnail
Bugün
dunya

Tramp ABŞ-də döyüş sursatı istehsalının artırıldığını bəyan edib

Bugün, 16:02
News thumbnail
Bugün
idman

"Qaradağ-Lökbatan" Peşəkar Futbol Klubu ləğv olunur

Bugün, 16:02
News thumbnail
Bugün
cemiyyet

Aygün Kazımovanın mükəmməl görünüşünün sirri

Bugün, 16:02
News thumbnail
Bugün
huquq

Xəzər rayonunda 40 kiloqram narkotik aşkarlanıb

Bugün, 15:58
News thumbnail
Bugün
iqtisadiyyat

Füzuli Ələkbərovun şirkətləri bir milyon borca düşdü

Bugün, 15:58
News thumbnail
siyaset

Bu ölkə prezidenti sevinir: ABŞ ordusu gəlir!

News thumbnail
siyaset

Prezident: Ermənistan işğal dövründə Kəlbəcər, Laçın və Zəngilanda 60 min hektar meşə fondunu məhv edib