Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Qarabağ və Şərqi Zəngəzura həsr edilmiş "Sabaha doğru" ...--:--
News
Təyyarəni partlatmaq istəyən şəxs cəzalanmalıdır - Smot...--:--
News
FHN-in Bakı Regional Mərkəzi mülki müdafiə məşqləri keç...--:--
News
Leyla Əliyevadan sülh mesajları--:--
News
Makron gələn ilin yanvarında prezidentlik dövründəki so...--:--
News
Qarabağ və Şərqi Zəngəzura həsr edilmiş "Sabaha doğru" ...--:--
News
Təyyarəni partlatmaq istəyən şəxs cəzalanmalıdır - Smot...--:--
News
FHN-in Bakı Regional Mərkəzi mülki müdafiə məşqləri keç...--:--
News
Leyla Əliyevadan sülh mesajları--:--
News
Makron gələn ilin yanvarında prezidentlik dövründəki so...--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

siyaset

Dövlət qulluqçuları və hərbçilərin pensiya təyinatı mexanizmi ilə bağlı qanunvericilik təkmilləşdirilir

Bugün, 15:52
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Milli Məclis dövlət qulluqçularının, Müdafiə Nazirliyi sistemində xidmət edən hərbi qulluqçuların, səlahiyyət müddətinə görə pensiya alan şəxslərin pensiya təyinatı mexanizmlərinin təkmilləşdirilməsi və vahid sığorta prinsipi yanaşmasının tətbiqini nəzərdə tutan dəyişiklikləri ilk oxunuşda qəbul edib.

"Hüquqinfo.az" xəbər verir ki, bununla bağlı "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə", "Əmək pensiyaları haqqında", "Hərbi qulluqçuların statusu haqqında", "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə", "Əmək pensiyaları haqqında" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanunlarda dəyişiklik edilməsi barədə" 2023-cü il 22 dekabr tarixli 1074-VIQD nömrəli və "Diplomatik xidmət haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi parlamentin payız sessiyasının bugünkü - ilk iclasında müzakirəyə çıxarılıb.

Sənəddə vurğulanıb ki, məlum olduğu kimi, Azərbaycanda fəaliyyət göstərən əmək pensiyaları sistemi sığorta prinsipləri, yəni şəxsin topladığı pensiya kapitalı əsasında pensiya məbləğinin formalaşması mexanizmi əsasında fəaliyyət göstərir. Bu məqsədlə son 20 ildə mərhələli şəkildə əvvəlcə pensiya təminatının, sonra isə pensiyaların artırılmasının şəxsin əmək haqqı ilə əlaqəsi ləğv edilmiş, pensiya məbləğinin toplanmış pensiya kapitalı əsasında müəyyən edilməsinə, pensiyaların artırılmasının isə vahid - indeksasiya metodu əsasında həyata keçirilməsinə başlanılıb.

Bu yanaşmanın tətbiqi pensiyaçıların sosial rifahının güclənməsinə səbəb olmuş, minimum və orta pensiya məbləğlərinin mütəmadi artırılması üçün təminat yaradıb, habelə dövlət sosial müdafiə fondunun maliyyə dayanıqlığının möhkəmlənməsinə müsbət təsir edib.

Bununla belə, əmək pensiyaları sistemində sosial sığorta prinsiplərinə əsaslanmayan, pensiyaya çıxarkən əmək haqlarına bağlı olan ödənişlər qalmaqdadır ki, bu da dövlət sektorunda əmək haqqı islahatlarının həyata keçirilməsinə maneələr yaradır və qeyri-bərabər pensiya məbləğlərinin formalaşmasına səbəb olur.

Bu xüsusda sosial sığorta prinsiplərinə əsaslanmayan mexanizmlərin təkmilləşdirilməsi və pensiya təyinatı şərtlərinin müasir tələblərə uyğunlaşdırılması istiqamətində addımlar atılır. Məhz növbəti addım olaraq, dövlət sektorunda həyata keçirilən əmək haqqı islahatları ilə bərabər dövlət qulluqçularının, Müdafiə Nazirliyi sistemində xidmət edən hərbi qulluqçuların, səlahiyyət müddətinə görə pensiya alan şəxslərin pensiya təyinatı mexanizmlərinin təkmilləşdirilməsi və vahid sığorta prinsipi yanaşmasının tətbiqi nəzərdə tutulur.

Qanun layihəsinə əsasən, dövlət qulluqçularının pensiya təminatı mexanizminə təklif olunan dəyişikliklərin mahiyyəti aşağıdakıları özündə ehtiva edir:

Qeyd olunduğu kimi, bu kateqoriyadan olan şəxslər pensiyaya çıxarkən onların pensiya məbləğləri fərdi şəxsi hesablarında topladıqları pensiya kapitalına deyil, əmək haqqındakı sonrakı artımlara əsaslanır ki, nəticədə toplanan pensiya kapitalına mütənasib olmayan pensiya məbləği formalaşır.

Hesablamalar göstərir ki, əmək haqqı artımları kifayət qədər pensiya kapitalı toplamağa imkan verir.

Təklif olunan yeni yanaşmaya əsasən pensiya məbləği ilə dövlət məvacibi (əmək haqqı) arasındakı əlaqə aradan qaldırılır və fərdi şəxsi hesabında qeydə alınmış pensiya kapitalı əsas götürülməklə pensiya məbləği formalaşır. Sığorta mexanizmi gücləndirilməklə bu şəxslərə fərdi şəxsi hesablarında qeydə alınmış pensiya kapitalına əsasən ümumi əsaslarla pensiya təyin edilərək ödənilməsi davam edəcək. Pensiya məbləği ilə yanaşı indiki qanunvericilikdə nəzərdə tutulmuş əmək pensiyasına qulluq stajına görə əlavə deyil, aylıq pensiya əlavəsinin verilməsi təmin ediləcək.

Beləliklə, dövlət qulluqçularına aylıq pensiya əlavəsinin məbləği inzibati təsnifat üzrə, səlahiyyət müddətinə görə pensiya alan şəxslərin üzvlərinə isə konkret vəzifələr üzrə sabit məbləğdə müəyyən ediləcək.

Təklif olunan islahatla dövlət qulluqçularının pensiya təminatında qeyri-bərabərlik aradan qalxacaq. Pensiya və pensiya əlavəsinin proaktiv təyinatı imkanı yaranacaq, sözügedən şəxslər inzibati orqanlara müraciət etmədən elektron şəkildə pensiya təyinatı həyata keçiriləcək.

Sənədə görə, Müdafiə Nazirliyinin hərbi qulluqçularına münasibətdə pensiya təminatı mexanizminə təklif olunan dəyişikliklərin mahiyyəti aşağıdakı şəkildə izah edilir:

Məlum olduğu kimi, hərbi qulluqçular hazırda sonuncu təminat xərcliyi əsasında pensiyaya çıxır. Dövlət qulluqçularında olduğu kimi hərbi qulluqçuların pensiya məbləğlərinin təminat xərcliyinə bağlılığı pul təminatı artımları zamanı toplanan pensiya kapitalına mütənasib olmayan pensiya məbləği formalaşmasına və hərbi qulluqçuların xidmətdə daha uzun müddət qalmasını deyil, pensiyaya çıxmasını stimullaşdırır.

Təklif olunan yeni yanaşmaya əsasən pensiya məbləği ilə təminat xərcliyi arasındakı əlaqə aradan qalxacaq, fərdi şəxsi hesabında qeydə alınmış pensiya kapitalı əsas götürülməklə pensiya məbləği formalaşacaq. Sığorta mexanizmi gücləndirilməklə fərdi şəxsi hesabda qeydə alınmış pensiya kapitalına əsasən onlara ümumi əsaslarla pensiya təyin edilərək ödəniləcək.

Eyni zamanda, pensiya məbləği ilə yanaşı mövcud qanunvericilikdə nəzərdə tutulmuş əmək pensiyasına qulluq stajına görə əlavə deyil, sabit məbləğdə aylıq pensiya əlavəsi təyin ediləcək. Aylıq pensiya əlavəsinin məbləği hərbi rütbələr üzrə müəyyən olunacaq.

Layihədə vurğulanıb ki, əmək pensiyalarının və pensiya kapitallarının indeksləşmə mexanizminin təkmilləşdirilməsi ilə bağlı təklif olunan dəyişikliklərin mahiyyəti aşağıdakı kimi izah edilir:

Hazırda təyin olunmuş əmək pensiyaları məbləğindən asılı olmayaraq, hər il ölkə üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq bərabər qaydada indeksləşdirilir. Eyni zamanda sığortaolunanların fərdi şəxsi hesablarında qeydə alınan pensiya kapitalları ildə bir dəfə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdirilir.

Mövcud mexanizm yüksək pensiya alan şəxslərin pensiya məbləğlərinin daha böyük sürətlə artmasına səbəb olur. Bu səbəbdən əmək pensiyalarının məbləğinin və pensiya kapitallarının vahid rəqəmlə deyil, diferensial formada indeksləşdirilməsi təklif olunur.

İslahat nəticəsində yüksək pensiyalara və yüksək pensiya kapitallarına fərqli yanaşılacaq, aşağı məbləğdə pensiyalar və pensiya kapitalları isə əvvəlki kimi tam məbləğdə indeksləşdiriləcək.

Sənəddə vurğulanıb ki, qeyd olunan dəyişikliklər nəticəsində dövlət sosial müdafiə fondunun maliyyə dayanıqlığı daha da güclənəcək, aşağı məbləğli pensiyaların artmasına, o cümlədən minimum pensiya məbləğlərinə mütəmadi olaraq yenidən baxılması və artırılmasına imkan verəcək.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
siyaset

FHN-in Bakı Regional Mərkəzi mülki müdafiə məşqləri keçirib

News thumbnail
siyaset

Leyla Əliyevadan sülh mesajları

News thumbnail
siyaset

Makron gələn ilin yanvarında prezidentlik dövründəki sonuncu böyük tədbirini keçirəcək

Populyar Xəbərlər

News thumbnail
Bugün
idman

“Sabah” Masazırdan niyə köçüb?

Bugün, 16:04
News thumbnail
Bugün
idman

Cüdo məşqçiliyi ixtisası üzrə təhsil alan tələbələr üçün praktiki "ustad dərsləri" təşkil olunub

Bugün, 15:57
News thumbnail
Bugün
siyaset

Peskov: Buna nüvə ilə cavab veriləcək!

Bugün, 15:57
News thumbnail
Bugün
iqtisadiyyat

"İnvestisiya şirkətinin davamlı kapital tələbləri haqqında Qayda" qüvvəyə minir

Bugün, 15:54

Həftənin Xəbərləri

News thumbnail
Bugün
idman

Ağasəlim Mircavadov: "U-21 millimizdən Şotlandiyada yaxşı oyun və qələbə gözləyirəm"

Bugün, 15:52
News thumbnail
Bugün
siyaset

Milli Məclis bir sıra şəxslərin dövlət qulluğu vəzifəsini tuta bilməməsi haqda qadağanı ilk oxunuşda qəbul edib

Bugün, 15:51
News thumbnail
Bugün
siyaset

Milli Məclis dövlət qulluqçularının pedaqoji fəaliyyəti haqqında dəyişikliyi ilk oxunuşda qəbul edib

Bugün, 15:50
News thumbnail
Bugün
siyaset

Avtobus zolaqlarına girən sürücülərə xəbərdarlıq - Video

Bugün, 15:50
News thumbnail
Bugün
siyaset

“Dövlət qulluğu sertifikatı"nın qüvvədə olma müddəti 5 ildən 2 ilə endirilir

Bugün, 15:49
News thumbnail
Bugün
siyaset

Din xadimləri və digər dövlətin vətəndaşlığını qəbul etmiş şəxslər dövlət qulluğu vəzifəsini tuta bilməyəcək

Bugün, 15:49
News thumbnail
siyaset

ABŞ və Ermənistan kritik faydalı qazıntılar üzrə əməkdaşlığın icrasını müzakirə edib

News thumbnail
siyaset

Səfir Dunkan Norman: Azərbaycan-Böyük Britaniya münasibətlərində yeni mərhələyə qədəm qoyuruq