










Hüquqinfo.az bildirir ki,
Kalininqrad vilayətinin blokadaya alınması kimi istənilən cəhdə nüvə cavabının verilməsi Rusiyanın normativ sənədləri ilə müəyyən edilib.
Axar.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O bildirib ki, Rusiya diplomatları Avropadakı “qızğın başlara” məhz bunu xatırladırlar.
Qeyd edək ki, Rusiyanın Avropadakı bir neçə səfirliyi NATO-nun Kalininqradla bağlı siyasətinin silahlı toqquşma riskini artırdığını bəyan edib.









