










Hüquqinfo.az bildirir ki,
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin bu il aprelin 1-də təsdiqlədiyi "İnvestisiya şirkətinin davamlı kapital tələbləri haqqında Qayda" sabahdan qüvvəyə minir.
"Hüquqinfo.az" xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımovun imzaladığı qərara əsasən, investisiya şirkətinin məcmu kapitalı investisiya şirkətinin biznes strategiyasını dəstəkləməli, daxili və xarici mühitdə baş verən əlverişsiz dəyişikliklər zamanı investisiya şirkətinin maliyyə dayanıqlığının təmin etməlidir. Məcmu kapitala yalnız dəyəri pul vəsaiti ilə ödənilən maliyyə alətləri daxil ediləcək.
Bundan başqa, invesitisiya şirkətinin nizamnamə kapitalı (xarici investisiya şirkətlərinin filialları üçün nizamnamə kapitalına bərabər tutulmuş vəsait) yalnız Azərbaycanın milli valyutasında ödənilən pul vəsaiti ilə formalaşdırılacaq.










