










Hüquqinfo.az bildirir ki,
Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi (RM) tərəfindən 27 Sentyabr – Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib.
Hüquqinfo.az FHN-ə istinadən xəbər verir ki, əvvəlcə, Mərkəzin əməkdaşları Hərbi Memorial Məzarlığı ziyarət ediblər. Ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın azadlığı və suverenliyi uğrunda şəhid olanların xatirəsi yad edilib.
Silsilə tədbirlər çərçivəsində paytaxtın Nərimanov rayonu ərazisində Nərimanov bələdiyyəsi tərəfindən Bakı RM üçün ayrılmış yaşıllıq zolağında ağacəkmə aksiyası təşkil olunub. Aksiya çərçivəsində şəhidlərin əziz xatirəsinə hörmət əlaməti olaraq müxtəlif növ ağaclar əkilib və onlara müvafiq aqrotexniki qulluq göstərilib.
Daha sonra Regional Mərkəzdə təşkil olunmuş anım tədbirində Bakı RM-nin rəisi polkovnik Elnur Məhərrəmov, Milli Məclisin deputatı Aydın Hüseynov, Vətən Müharibəsi Qəhrəmanı, şəhid baş leytenant Azad Hümbətovun atası Arif Hümbətov, Vətən müharibəsi iştirakçıları və Mərkəzin əməkdaşları iştirak ediblər.
Tədbir iştirakçıları, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Mərasim Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan Mərkəz rəisi polkovnik Elnur Məhərrəmov cəmi 44 gün davam edən və tarixi Zəfərlə sona çatan İkinci Qarabağ müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi altında Azərbaycanın qüdrətli Ordusunun göstərdiyi qəhrəmanlıqlardan bəhs edib, qazanılan misilsiz Qələbənin əhəmiyyətindən danışıb.
Çıxış edən digər natiqlər qeyd ediblər ki, 2020-ci il sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı genişmiqyaslı hərbi təxribatına cavab olaraq Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə rəşadətli Azərbaycan Ordusunun əks-hücum əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsi tarixi Zəfərlə sona çatıb, işğal altında olan əzəli torpaqlarımız azad edilərək ölkəmizin ərazi bütövlüyü bərpa olunub. Torpaqlarımızın azad edilməsində əsgər və zabitlərimiz misilsiz şücaət göstərib, öz qəhrəmanlıqları ilə adlarını şanlı Azərbaycan tarixinə əbədi yazıblar.









