Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
“bp-nin Azərbaycandakı layihələri xüsusi maraq doğurur”--:--
News
1674-cü gün: Rusiyanın itkiləri yeniləndi--:--
News
“Bakcell”də hədiyyə mövsümü başladı--:--
News
Məşqçi ayı hücumu nəticəsində həyatını itirdi--:--
News
Pezeşkian Paşinyana kitab hədiyyə etdi - Video--:--
News
“bp-nin Azərbaycandakı layihələri xüsusi maraq doğurur”--:--
News
1674-cü gün: Rusiyanın itkiləri yeniləndi--:--
News
“Bakcell”də hədiyyə mövsümü başladı--:--
News
Məşqçi ayı hücumu nəticəsində həyatını itirdi--:--
News
Pezeşkian Paşinyana kitab hədiyyə etdi - Video--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

siyaset

Geoloq: "Naxçıvanda nadir torpaq elementləri araşdırılmalıdır"

Bugün, 12:18
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Naxçıvan Muxtar Respublikasında qızıl və mislə yanaşı nadir torpaq elementləri araşdırılmalıdır.

Bunu "Hüquqinfo.az"a açıqlamasında Elm və Təhsil Nazirliyinin Geologiya İnstitutunun "Bərk faydalı qazıntıların geologiyası" laboratoriyasının müdiri, geologiya-mineralogiya elmləri namizədi (fəlsəfə doktoru) Rauf Kərimov sentyabrın 22-də Prezident İlham Əliyevin sədrliyi ilə "2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirənin nəticələrini şərh edərkən bildirib.

Onun sözlərinə görə, bölgə əlvan və qiymətli metallar baxımından maraq doğuran mürəkkəb tektonik və magmatik zonaları əhatə edir: "Üstəlik, burada artıq qızıl və mis mineralizasiyası ilə bağlı məlum obyektlər və yataqlar mövcuddur. Yəni söhbət tamamilə öyrənilməmiş, geoloji baxımdan təsadüfi seçilmiş bir ərazidən getmir. Hazırda açıqlanan məlumatlar da bu potensialın real əsaslara söykəndiyini göstərir. Naxçıvanda "Göydağ" və "Başkənd" mis-qızıl yataqları üzrə ilkin resursların müəyyən edilməsi, "Ortakənd" qızıl yatağının isə gələcək layihələr sırasına daxil edilməsi xüsusilə diqqətəlayiqdir. Bundan əlavə, yeni geoloji-kəşfiyyat işlərinin aparılması mövcud yataqların ehtiyatlarının dəqiqləşdirilməsi ilə yanaşı, indiyə qədər müəyyən edilməmiş yeni minerallaşma zonalarının aşkar edilməsinə imkan verə bilər.

Geoloq qeyd edib ki, Naxçıvanda əsas perspektiv qızıl və mislə məhdudlaşmır: "Ərazinin geoloji xüsusiyyətləri nəzərə alınmaqla, polimetal və digər metal filizləri ilə yanaşı, nadir torpaq elementlərinin də sistemli şəkildə araşdırılması məqsədəuyğundur. Müasir geofiziki, geokimyəvi, peyk və aerogeofiziki üsulların tətbiqi burada əvvəllər aşkar edilməmiş, xüsusilə dərində yerləşən filiz sistemlərinin müəyyənləşdirilməsi imkanlarını xeyli artırır. Sistemli axtarış, geokimyəvi və geofiziki tədqiqatların, daha sonra isə qazma işlərinin müsbət nəticə verməsi Naxçıvanın qızıl-mis və digər metal filizləri üzrə Azərbaycanın əhəmiyyətli yeni resurs bazalarından birinə çevrilməsi üçün real perspektiv yarada bilər".

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
siyaset

Pezeşkian Paşinyana kitab hədiyyə etdi - Video

News thumbnail
siyaset

Peskov: Paşinyanın tezliklə Rusiyaya səfəri gözlənilir

News thumbnail
siyaset

AB-Ermənistan tərəfdaşlığı sürətlə inkişaf edir - Leyen

Populyar Xəbərlər

News thumbnail
Bugün
dunya

ADY rəhbərliyi Almaniyada "InnoTrans 2026" sərgisində olub

Bugün, 13:49
News thumbnail
Bugün
cemiyyet

Bağlanan institutun tələbələri hara köçürüləcək?

Bugün, 13:47
News thumbnail
Bugün
iqtisadiyyat

Mal əti bir az da bahalaşdı

Bugün, 13:41
News thumbnail
Bugün
dunya

Avropa İttifaqı Şurası Ermənistana ticarət güzəştlərini rəsmən qəbul edib

Bugün, 13:40

Həftənin Xəbərləri

News thumbnail
Bugün
son xeberler

Corc Rassell Bakıda ilk sərbəst yürüşün qalibi oldu

Bugün, 13:37
News thumbnail
Bugün
siyaset

Peskov: Paşinyanın tezliklə Rusiyaya səfəri gözlənilir

Bugün, 13:36
News thumbnail
Bugün
cemiyyet

Jasurbek Çoriyev: "Özbəkistan və Azərbaycan arasında avtomobil daşımalarında icazə sistemi ləğv edilə bilər" – MÜSAHİBƏ

Bugün, 13:35
News thumbnail
Bugün
dunya

NATO-nun kəşfiyyat təyyarəsi Qara dəniz üzərində...

Bugün, 13:34
News thumbnail
Bugün
idman

Azərbaycanın boks millisi Avropa çempionatında rekord nəticəyə imza atıb

Bugün, 13:31
News thumbnail
Bugün
iqtisadiyyat

Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib

Bugün, 13:31
News thumbnail
siyaset

İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul etdi

News thumbnail
siyaset

“DÜNYANI İDARƏ EDƏN GÜCLƏRƏ ÇAĞIRIŞ: ARTIQ YETƏR, DAYANIN!”