Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Eyni komandanın iki pilotu üçün Bakı yarışı başa çatdı--:--
News
Məhkəmədən Sevinc Hüseynova ilə bağlı qərar--:--
News
Yağışı sevdirən ev Füzulidə...--:--
News
Şevtsov: Rusiya qazından imtina Ermənistan üçün Aİ ölkə...--:--
News
Qazaxıstan Orta Dəhliz üzrə yük dövriyyəsinin artacağın...--:--
News
Eyni komandanın iki pilotu üçün Bakı yarışı başa çatdı--:--
News
Məhkəmədən Sevinc Hüseynova ilə bağlı qərar--:--
News
Yağışı sevdirən ev Füzulidə...--:--
News
Şevtsov: Rusiya qazından imtina Ermənistan üçün Aİ ölkə...--:--
News
Qazaxıstan Orta Dəhliz üzrə yük dövriyyəsinin artacağın...--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

siyaset

II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: Azərbaycanın regionlar arasında strateji keçid kimi rolu müzakirə olunub

Bugün, 13:41
News thumbnail

Hüquqinfo.az bildirir ki,

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunan “Parçalanmış dünyada etimadın bərpası: Azərbaycan regionlar arasında strateji keçid kimi” mövzusunda sessiyada qlobal iqtisadi mühitdə dəyişikliklər, investisiya imkanlarının genişləndirilməsi müzakirə olunub.

Hüquqinfo.az xəbərə verir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Parçalanmış dünyada etimadın bərpası: Azərbaycan regionlar arasında strateji keçid kimi” mövzusunda sessiya təşkil olunub.

Sessiyada iqtisadiyyat naziri Mikayıl Cabbarov qlobal iqtisadi mühitdə baş verən dəyişikliklər, Azərbaycanın regional və beynəlxalq iqtisadi əlaqələrdə rolu, investisiya imkanlarının genişləndirilməsi və ölkənin istehsal və regional dəyər zəncirlərində mövqeyinin inkişaf etdirilməsi ilə bağlı məsələlərə diqqət çəkib. Vurğulanıb ki, Azərbaycanda sabitlik və makroiqtisadi dayanıqlılıq, ölkəmizin artan beynəlxalq nüfuzu, təşəbbüsçüsü olduğu, dəyəri sərhədləri aşan strateji layihələr və öhdəliklərin icrası məhsuldar investisiyalar və regional dəyər zəncirlərinə daha sıx inteqrasiya üçün möhkəm təməllər formalaşdırır. Azərbaycanın enerji və nəqliyyat-logistika imkanları regionlararası iqtisadi əməkdaşlıqda və yeni investisiya əlaqələrinin formalaşmasında ölkəmizin rolunu genişləndirir.

Sessiya çərçivəsində iqtisadçı və strateq, “Roubini Macro Associates” şirkətinin baş icraçı direktoru Nouriel Roubini ilə “Euronews”un Direktorlar Şurasının sədri Pedro Vargas David arasında “Qlobal iqtisadi perspektivlər” mövzusunda yüksək səviyyəli müzakirə təşkil olunub. Müzakirədə qlobal iqtisadi mənzərədə baş verən dəyişikliklər, dünya iqtisadiyyatının inkişafına və investisiya proseslərinə təsir edən əsas meyillər nəzərdən keçirilib.

Sessiyanın davamında “The European House – Ambrosetti & TEHA Group”un baş icraçı direktoru və idarəedici tərəfdaşı Valerio De Molli “Azərbaycan və Cənubi Qafqaz: investisiya artımının mərkəzi qovşağı” mövzusunda təqdimatla çıxış edib.

“Euronews”un idarəedici redaktoru Ceyn Uizespunun moderatorluğu ilə keçirilən “Qlobal artımın, investisiyaların və bağlantılılığın gələcəyinin formalaşdırılması” mövzusunda yüksək səviyyəli panel müzakirədə iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, qlobal investisiya axınları fonunda Azərbaycan sülh gündəliyi, nəqliyyat və logistikanın inkişafı, eləcə də rəqəmsal iqtisadiyyat mühitinin formalaşdırılması vasitəsilə regional inteqrasiyanı sistemli şəkildə həyata keçirir. Qeyd olunub ki, Bakı–Tbilisi–Qars dəmir yolu yenidən qurulub və onun buraxılış qabiliyyəti bir neçə dəfə artırılıb, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı isə genişləndirilib. Nəticədə, ölkənin tranzit həcmləri son illər ən yüksək səviyyəyə çatıb. Həmçinin Ələt Azad İqtisadi Zonasının investorlar üçün yaratdığı imkanlar barədə məlumat verilib. Nazir ölkəmizdə ixracın şaxələndirilməsi, satış bazarlarının genişləndirilməsi, investor və sahibkarların kapital və əməliyyat xərclərinin azaldılması istiqamətində tətbiq edilən alətləri də diqqətə çatdırıb, investisiyaların təşviqi mexanizmlərinin prioritet sahələrə istiqamətləndirildiyini bildirib.

Müzakirədə Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Laziz Kudratov, Pakistanın rabitə üzrə federal naziri Aleem Khan, Şimali Makedoniyanın iqtisadiyyat və əmək naziri Besar Durmishi, Suriyanın iqtisadiyyat və sənaye naziri Mohammad Nidal al-Shaar və Tacikistanın iqtisadi inkişaf və ticarət naziri Abdurahmon Abdurahmonzoda iştirak ediblər. İştirakçılar qlobal iqtisadi və geosiyasi proseslərin ölkələrin iqtisadi inkişafına təsiri, regional əməkdaşlığın və investisiya əlaqələrinin genişləndirilməsi, yeni iqtisadi imkanların formalaşdırılması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar. “Roubini Macro Associates” şirkətinin baş icraçı direktoru Nouriel Roubini isə müzakirələrə ekspert qismində münasibət bildirib.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
siyaset

"Formula 1" pilotları Bakıda azarkeşlərlə görüşüb

News thumbnail
siyaset

Kreml: Yaxın vaxtlarda Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli görüş keçirilə bilər

News thumbnail
siyaset

Bəzəkli corablar, qırmızı kofe stəkanları...

Populyar Xəbərlər

News thumbnail
Bugün
idman

Bu pilot üçün Bakı yarışı erkən başa çatdı

Bugün, 14:28
News thumbnail
Bugün
iqtisadiyyat

“Brookfield Asset Management” şirkətinin aktivlərinin həcmi 1 trilyon ABŞ dollarından çoxdur

Bugün, 14:27
News thumbnail
Bugün
cemiyyet

Bakıda anbarda güclü yanğın başladı - Foto

Bugün, 14:26
News thumbnail
Bugün
iqtisadiyyat

"Apollo": Mərkəzi Asiya xammalının emalı Azərbaycana 15 milyard dollar qazandıra bilər

Bugün, 14:24

Həftənin Xəbərləri

News thumbnail
Bugün
iqtisadiyyat

Dünya Bankı Serbiyanın enerji infrastrukturunun inkişafına 175 milyon avro ayırıb

Bugün, 14:22
News thumbnail
Bugün
iqtisadiyyat

Otel işçiləri 1 milyon dollar mənimsədi

Bugün, 14:21
News thumbnail
Bugün
cemiyyet

Xətai rayonunda anbarda yanğın başlayıb

Bugün, 14:19
News thumbnail
Bugün
iqtisadiyyat

Conatan Bar: "Azərbaycan Mərkəzi Asiyanın xammal resurslarının qərb bazarlarına çıxışını təmin edir"

Bugün, 14:18
News thumbnail
Bugün
son xeberler

"Şəfa" Tiaqo Silvanı transfer edib

Bugün, 14:18
News thumbnail
Bugün
iqtisadiyyat

Natiq Baxışov: "ABŞ biznesi Azərbaycanda investisiya imkanlarını araşdırır"

Bugün, 14:18
News thumbnail
siyaset

Taliban yenə hücum etdi – Pakistandan cavab

News thumbnail
siyaset

Netanyahunun çıxışı zamanı zaldan çıxanlar... – Video