










Hüquqinfo.az bildirir ki,
Pakistan Silahlı Qüvvələri Əfqanıstanla sərhəddə, Gülüstan bölgəsində Talibanın hücumunu dəf edib.
Məlumata görə, Pakistan qüvvələri döyüşdə bir neçə Əfqanıstan yaraqlısını zərərsizləşdirib.
Qeyd edək ki, sentyabrın 23-də Pakistan Əfqanıstan dronlarının ölkənin hava məkanını pozduğunu bildirib və bu hadisəni suverenliyin pozulması, təcavüz aktı adlandırıb. Buna cavab olaraq Pakistan qüvvələri Əfqanıstanda bu PUA-ların buraxılması və saxlanması üçün istifadə edilən 10 obyektə zərbələr endirib.










