
Hüquqinfo.az bildirir ki,
Fransa Prezidenti Emmanuel Makron yaxın həftələrdə enerji məsələlərinə həsr olunmuş G7 ölkələrinin görüşünün çağırılacağını elan edib.
"Hüquqinfo.az" "Euronews"a istinadən xəbər verir ki, bu barədə Makron Yelisey sarayında siyasi partiyaların liderləri və prezidentliyə namizədlərlə görüşündən sonra bildirib.
Onun sözlərinə görə, görüş xüsusilə "Böyük yeddilik" ölkələri arasında enerji ehtiyatları səviyyələrinin əlaqələndirilməsində irəliləyişin əldə edilməsinə yönəldiləcək:
"Bu, G7 ölkələri və əsas tərəfdaşlarımız arasında gərginliyin qarşısını almağa imkan verəcək".
E.Makron həmçinin qeyd edib ki, görüş iştirakçıları strateji ehtiyatların sərbəst buraxılmasının mümkün variantlarını nəzərdən keçirəcəklər.
Fransa Prezidenti təsdiqləyib ki, hakimiyyət dizel yanacağı və qaz tədarükünün təmin edilməsi üzərində işləyir. Onun sözlərinə görə, Fransa artıq zəruri ehtiyat səviyyəsinə çatıb və onun qaz anbarları qış mövsümünə qədər doldurulacaq.
O, həmçinin bildirib ki, bu gün Avropa səviyyəsində qazın saxlanması məsələsi ilə bağlı, eləcə də qiymətlərin və enerji daşıyıcılarının qiymət strukturunun aşağı salınması üzrə bütün mümkün tədbirləri sürətləndirmək üçün Avropa Komissiyasının sədri ilə əlaqə saxlayacaq.





