
Hüquqinfo.az bildirir ki,
“Real Madrid”in hücumçusu Kilian Mbappe keçmiş futbolçulardan kimi “Kral klubu”na dəvət etmək istədiyini etiraf edib.
“Hüquqinfo.az” xəbər verir ki, fransalı ulduz bu barədə İspaniyanın “AS” nəşrinə müsahibəsində danışıb.
“Kriştianu Ronaldo, Zinəddin Zidan və ya Ronaldo Nazariu... Əgər onlar qayıda bilsəydilər... Kriştianu qayıda bilərdi. “Zizu” (Zidan – red.) zaman-zaman hələ də oynayır. Fenomen Ronaldo isə... Ustalıq hər zaman qalır. Onlar “Real”ın əsl ikonalarıdır. Onlar kluba çox şey veriblər və indiyədək madridli azarkeşlərə böyük hörmət və parlaq emosiyalar bəxş edirlər”.
Qeyd edək ki, cari mövsümdə Mbappe “Real”ın heyətində bütün turnirlərdə 7 matçda meydana çıxaraq 8 qol vurub və 2 məhsuldar ötürmə müəllifi olub. Futbolçunun klubla fəaliyyətdə olan müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” portalının məlumatına görə, onun transfer dəyəri 200 milyon avro təşkil edir.
Xatırladaq ki, sentyabrın 8-də nüfuzlu “France Football” nəşri “Qızıl top – 2026” mükafatına namizədlərin siyahısını dərc edib. Təntənəli mükafatlandırma mərasimi oktyabrın 26-da Londonda baş tutacaq.










