






Hüquqinfo.az bildirir ki,
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyənin enerji və gəmiqayırma sahələrində ixtisaslaşmış "Karadeniz Holding"nin İdarə Heyətinin sədri Osman Murat Karadenizlə görüşüb.
"Hüquqinfo.az"a xəbər verir ki, bu barədə Mikayıl Cabbarov "X" hesabında paylaşım edib.
Nazir qeyd edib ki, görüşdə əməkdaşlıq perspektivləri müzakirə edilib: "Azərbaycanda yaradılmış əlverişli biznes və sərmayə mühiti, həmçinin qarşılıqlı maraq doğuran potensial layihələr barədə fikir mübadiləsi apardıq".









