





Hüquqinfo.az bildirir ki,
"Tehran mülki nüvə zənginləşdirmə proqramına malik olmaq hüququndan heç vaxt güzəştə getməyəcək".
Hüquqinfo.az-nın Tehran bürosu xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian BMT Baş Assambleyasında çıxışı zamanı bildirib.
"Biz baş əyməyəcəyik və təbii hüququmuz olan bu imkandan imtina etməyəcəyik. Nüvə silahı yox, yeni dinc nüvə texnologiyasına isə heç bir məhdudiyyət yoxdur", - o bildirib.
Pezeşkian dinc nüvə texnologiyasını tərəqqi yollarının ayrılmaz hissəsi adlandırıb: "Biz enerjini cəmiyyətləri silahlarla təhdid etmək üçün deyil, tərəqqi naminə əldə etməyə çalışırıq".









