
Hüquqinfo.az bildirir ki,
Argentinanın Entre-Rios əyalətindən olan deputat Xuan Manuel Rossini parlament iclası zamanı kokain istifadə etməkdə ittiham ediblər.
Axar.az Publika.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə deputatın parlament iclası zamanı çəkilmiş görüntüləri yayılıb. Videoda Rossinin əlində naməlum əşya saxladığı, daha sonra isə əlini burnuna yaxınlaşdırdığı görünür. Bu görüntülərdən sonra sosial şəbəkə istifadəçiləri onun kokain istifadə etdiyini iddia ediblər.
Deputat ittihamları rədd edib. O, X hesabında əlindəki əşyanın qələm olduğunu bildirib.
Rossi həmçinin narkotik vasitədən istifadə etmədiyini sübut etmək üçün toksikoloji testdən keçməyə hazır olduğunu açıqlayıb.
“Bana qarşı sosial şəbəkələrdə reputasiyamı korlamaq və məni “narkoman” damğası ilə gözdən salmaq məqsədi daşıyan kampaniya aparılır”, - deyə deputat qeyd edib.








