Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Onlar 20 il gəlir vergisi verməyəcək--:--
News
"Zirə"nin aşağı yaş qruplarının üzvləri üçün maariflənd...--:--
News
Ordubad rayonu və Naxçıvan şəhərində qaz olmayacaq--:--
News
Azər Əmiraslanov: "İnnovativ iqtisadiyyata dövlət dəstə...--:--
News
Zelenski: Rusiyanın gecə hücumunun əsas hədəfi Kiyevin ...--:--
News
Onlar 20 il gəlir vergisi verməyəcək--:--
News
"Zirə"nin aşağı yaş qruplarının üzvləri üçün maariflənd...--:--
News
Ordubad rayonu və Naxçıvan şəhərində qaz olmayacaq--:--
News
Azər Əmiraslanov: "İnnovativ iqtisadiyyata dövlət dəstə...--:--
News
Zelenski: Rusiyanın gecə hücumunun əsas hədəfi Kiyevin ...--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

siyaset

Milli Məclisdə süni intellekt və sosial media ilə bağlı qanunun qəbulu təklif olunub

Bugün, 12:16
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Milli Məclisdə süni intellekt və sosial media ilə bağlı qanunun qəbulu təklif olunub.

"Hüquqinfo.az" xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentin payız sessiyasının bugünkü - ilk iclasında çıxış edib.

Onun sözlərinə görə, bu gün süni intellekt və sosial media sürətli formada insanların həyatına daxil olur:

"Biz getdikcə proseslərin idarə olunmasını nə qədər mürəkkəb olduğunu görürük. Bu mənada dövlətçilik baxımından bizi xeyli narahat edən məsələlər var. Xüsusilə də sosial mediada baş verənlər, müzakirələr və məqsədli şəkildə kənardan edilən müdaxilələr bizi ciddi formada düşündürür. Bu baxımdan süni intellektdən düzgün istifadə və xüsusi təhlükəsizliklə bağlı məqamlar nəzərə alınaraq həm süni intellekt, həm də sosial media ilə bağlı qanunun qəbuluna ehtiyac var".

Deputat həmçinin deyib ki, bu gün dünyada baş verən proseslər təhsil sahəsində də islahatların sürətləndirilməsini və qanunvericilik bazasının təkmilləşdirilməsini, gücləndirilməsini zəruri edir:

"Bu baxımdan "Təhsil haqqında" qanuna yenidən baxılmasına, ali təhsil və distant təhsil haqqında qanunun hazırlanmasına və qəbul edilməsinə xüsusi ehtiyac var. Gələcəkdə isə ayrıca Təhsil Məcəlləsi hazırlanmalıdır".

Ceyhun Məmmədov eyni zamanda milli-mənəvi dəyərlərin qorunması ilə bağlı qanunun qəbulunun da zəruri olduğunu söyləyib:

"Bu gün qloballaşma prosesinin milli-mənəvi dəyərlərimiz üçün çox ciddi təhdid və təhlükələr yaratdığını müşahidə edirik. Artıq dünyada dəyərlərin sürətli formada transformasiyası gedir və bu mənada milli-mənəvi dəyərlərin qorunması üçün hüquqi bazanın yaradılmasını təklif edirəm. Bununla yanaşı, Azərbaycan ailə dəyərləri də çox ciddi təhdid və təhlükələrlə üz-üzədir. Artıq ailə dəyərlərində müəyyən tənəzzülün baş verdiyi müşahidə olunur. Bu baxımdan proseslərin qarşısının alınması üçün əlavə qərar və qanunların qəbul edilməsinə ehtiyac olduğunu düşünürəm. Proseslər bu templə davam etsə, gələcəkdə Azərbaycanda ailə institutu tamamilə sıradan çıxa bilər. Ona görə də qanunun qəbulu gələcəkdə hansısa proseslərin qarşısının alınmasına töhfə verə bilər".

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
siyaset

Azər Əmiraslanov: "İnnovativ iqtisadiyyata dövlət dəstəyi mexanizmləri təkmilləşdirilir"

News thumbnail
siyaset

Azərbaycan vətəndaşlarının diplomatik, xidməti və ümumvətəndaş pasportu ilə sərbəst gedib-gəldiyi ölkələrin sayı açıqlanıb

News thumbnail
siyaset

Azərbaycan və İordaniya arasında viza tələbindən azad edilmə haqda saziş təsdiqlənib

Populyar Xəbərlər

News thumbnail
Bugün
siyaset

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Bugün, 12:27
News thumbnail
Bugün
siyaset

Həmin qanun layihəsi müzakirəyə çıxarıldı

Bugün, 12:27
News thumbnail
Bugün
iqtisadiyyat

“Gəncə prospekti bir həftədən çoxdur qazılıb, tıxacda əziyyət çəkirik”

Bugün, 12:25
News thumbnail
Bugün
cemiyyet

Almaniyanın "Berlin-Brandenburq" aeroportunda yeni dron aşkarlama sistemi tətbiq edilib

Bugün, 12:24

Həftənin Xəbərləri

News thumbnail
Bugün
huquq

Azərbaycanda sosial şəbəkələrin fəaliyyətinin qanunla tənzimlənməsi təklif olunur

Bugün, 12:24
News thumbnail
Bugün
son xeberler

Pilotlar qışqırırdı, kabində qan var idi – Şahidlər

Bugün, 12:23
News thumbnail
Bugün
siyaset

Parlament startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri qəbul edib

Bugün, 12:20
News thumbnail
Bugün
iqtisadiyyat

Texnologiyalar parkının rezidentlərində çalışan fiziki şəxslər üçün 20 illik vergi güzəşti müəyyənləşir

Bugün, 12:20
News thumbnail
Bugün
iqtisadiyyat

Startaplar üçün yeni vergi güzəştləri olacaq

Bugün, 12:20
News thumbnail
Bugün
huquq

Ombudsman haqqında qanuna dəyişiklik edildi

Bugün, 12:20
News thumbnail
siyaset

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

News thumbnail
siyaset

Həmin qanun layihəsi müzakirəyə çıxarıldı