Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Onlar 20 il gəlir vergisi verməyəcək--:--
News
"Zirə"nin aşağı yaş qruplarının üzvləri üçün maariflənd...--:--
News
Ordubad rayonu və Naxçıvan şəhərində qaz olmayacaq--:--
News
Azər Əmiraslanov: "İnnovativ iqtisadiyyata dövlət dəstə...--:--
News
Zelenski: Rusiyanın gecə hücumunun əsas hədəfi Kiyevin ...--:--
News
Onlar 20 il gəlir vergisi verməyəcək--:--
News
"Zirə"nin aşağı yaş qruplarının üzvləri üçün maariflənd...--:--
News
Ordubad rayonu və Naxçıvan şəhərində qaz olmayacaq--:--
News
Azər Əmiraslanov: "İnnovativ iqtisadiyyata dövlət dəstə...--:--
News
Zelenski: Rusiyanın gecə hücumunun əsas hədəfi Kiyevin ...--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

siyaset

Parlament startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri qəbul edib

Bugün, 12:20
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Milli Məclis Prezidentin etirazı ilə qaytarılmış Vergi, Miqrasiya Məcəllələrində, eyni zamanda "Sosial sığorta haqında", "Gömrük tarifi haqqında", "Lisenziyalar və icazələr haqqında" və "Dövlət satınalmaları haqqında" qanunlarda dəyişiklikləri qəbul edib.

"Hüquqinfo.az" xəbər verir ki, sənəd parlamentin payız sessiyasının bugünkü - ilk iclasında müzakirəyə çıxarılıb.

Sənədə əsasən, 2027-ci il yanvarın 1-dən 10 il müddətinə iştirak payı və ya səhm mikro və kiçik sahibkarlıq subyekti olan "Startap" şəhadətnaməsi və ya texnologiyalar parkının qeydiyyat şəhadətnaməsini almış və digər fəaliyyətlə məşğul olmayan hüquqi şəxsə aid olduqda vergi ödəyicisinin iştirak payının və ya səhmin təqdim edilməsindən əldə olunan gəlirlərin 100 faizi azı 3 il ərzində gəlir və mənfəət vergisindən azad ediləcək.

Qüvvədə olan qanuna görə, mikro və ya kiçik sahibkarlıq subyekti olan və fərdi sahibkar kimi fəaliyyət göstərən startapların "Startap" şəhadətnaməsi aldığı tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri gəlir 3 il müddətinə gəlir və mənfəət vergisindən azaddır. Bu müddət 3 ildən 7 ilə qaldırılır.

- "Startap" şəhadətnaməsi və ya sənaye, yaxud texnologiyalar parkının qeydiyyat şəhadətnaməsini almış şəxslərə kraudfandinq platforması vasitəsilə investisiya edən fiziki şəxslərin həmin investisiya nəticəsində əldə etdikləri qiymətli kağızların təqdim edilməsindən əldə olunan gəlirləri - 2027-ci il yanvarın 1-dən 10 il müddətinə;

- Yuxarıda göstərilən (texnologiyalar parkının rezidentləri istisna olmaqla) iştirak payları (səhmlər) üzrə fiziki şəxslərə ödənilən dividendlər - 2027-ci il yanvarın 1-dən 10 il müddətinə;

- royalti hesab edilmədən, "Startap" şəhadətnaməsi və ya texnoparkın qeydiyyat şəhadətnaməsini almış vergi ödəyiciləri tərəfindən bilavasitə öz fəaliyyətlərinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezident şəxslərdən alınan bulud hesablama, infrastruktur, platforma və proqram təminatı xidmətləri üzrə, habelə tətbiqi proqramlaşdırma interfeysi xidmətləri üzrə qeyri-rezident şəxslərə edilən ödənişlər - 2027-ci il yanvarın 1-dən 20 il müddətinə. Alınan xidmətlər vergi ödəyicisi tərəfindən digər şəxslərə təkrar təqdim edildiyi halda bu maddədə nəzərdə tutulan azadolma tətbiq edilmir;

- vençur kapitalı fondları tərəfindən "Startap" şəhadətnaməsini, sənaye, yaxud texnologiyalar parkının qeydiyyat şəhadətnaməsini almış mikro və kiçik sahibkarlıq subyektlərinə investisiyadan əldə edilən mənfəət üzrə həmin fondların iştirakçılarına (səhmdarlarına, payçılarına) ödənilən dividendlər - 2027-ci il yanvarın 1-dən 10 il müddətinə.

Layihəyə əsasən, müəyyən edilmiş akkreditə olunmuş investor tərəfindən "Startap" şəhadətnaməsi və ya sənaye, yaxud texnologiyalar parkının qeydiyyat şəhadətnaməsini almış rezident hüquqi şəxslərin emissiya edilmiş səhmlərinin əldə edilməsi və ya əlavə maya qoyuluşu ilə iştirak paylarının əldə edilməsi üzrə investisiya məbləğləri 2027-ci il yanvarın 1-dən 10 il müddətinə aşağıdakı şərtlər daxilində fərdi sahibkarın vergi tutulan ümumi gəlirindən çıxılacaq:

- fərdi sahibkarın gəlirindən çıxılan məbləği onun müvafiq hesabat ili üzrə vergi tutulan ümumi gəlirinin (xərclər çıxıldıqdan sonra) 50 faizindən çox olmamalıdır;

- investisiya qoyuluşunu həyata keçirən fiziki şəxs investisiya cəlb edən hüquqi şəxsin təsisçiləri (payçıları) və ya icra orqanının rəhbərləri ilə qarşılıqlı surətdə asılı olan şəxs olmamalıdır;

- investisiya qoyuluşunu həyata keçirən fiziki şəxs bu investisiya nəticəsində hüquqi şəxsin nizamnamə kapitalında birbaşa və ya dolayısı ilə 50 faiz və ondan daha çox iştirak payına (səhmə) və ya səsvermə hüququna malik olmamalıdır (bu məhdudiyyət vençur kapitalı fondlarına qoyulan vəsaitə aid edilmir);

- əldə edilmiş iştirak payı (səhm) investisiyanın qoyulduğu tarixdən etibarən azı 3 il müddətində fasiləsiz olaraq fiziki şəxsin mülkiyyətində saxlanılmalıdır;

- investisiya qoyulan müəssisə hesabat ili bitdikdən sonra 1 ay müddətində alınmış vəsaitin təyinatı üzrə xərcləndiyini təsdiq edən sənədləri (alqı-satqı müqavilələri, təhvil-təslim aktları, ödəniş tapşırıqları, ödəniş xidməti təchizatçılarının çıxarışları və s.) investisiyanı yatıran şəxsə təqdim etməlidir. Bu maddə üzrə fiziki şəxsin vergi tutulan gəlirdən çıxılan məbləği investisiyanı əldə edən şəxsin həmin investisiya məbləğini xərclədiyi hissədə həyata keçirilir;

- sənaye parklarında innovasiya və texnoloji yeniliklər üzrə qoyulacaq investisiyalarla bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq təsdiqedici sənəd təqdim edilir.

Layihəyə görə, vergi ödəyiciləri tərəfindən innovasiya məhsulunun hazırlanması çərçivəsində bilavasitə aparılan, habelə "Startap" şəhadətnaməsi almış şəxslərə, sənaye və texnologiyalar parkının rezidentlərinə və ali təhsil və elmi-tədqiqat müəssisələrinə sifariş edilən elmi-tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor işlərinə nağdsız qaydada çəkilən əməliyyat xərcləri (əsas vəsaitlərin və qeyri-maddi aktivlərin alınması istisna olmaqla) 2027-ci il yanvarın 1-dən 10 il müddətinə 2,5 əmsal tətbiq edilməklə həmin hesabat ili üzrə vergi ödəyicisinin vergi tutulan gəlirindən çıxılacaq. Sifarişçi ilə elmi-tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor işlərini icra edən şəxsin qarşılıqlı surətdə asılı olan şəxslər olduğu hallarda, həmin şəxslər arasında həyata keçirilən əməliyyatlara bu maddədə nəzərdə tutulan 2,5 əmsal tətbiq edilməyəcək. Bu maddədə nəzərdə tutulan xərclərin dairəsi və istiqamətləri, habelə texnoloji və sənaye uğursuzluqların nəticəsinin təsdiqi proseduru və qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq ediləcək.

Royalti hesab edilmədən, "Startap" şəhadətnaməsi və ya texnoparkın qeydiyyat şəhadətnaməsini almış vergi ödəyiciləri tərəfindən bilavasitə öz fəaliyyətlərinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezident şəxslərdən alınan bulud hesablama, infrastruktur, platforma və proqram təminatı xidmətləri üzrə, habelə tətbiqi proqramlaşdırma interfeysi xidmətləri 2027-ci il yanvarın 1-dən 20 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad olunacaq. Alınan xidmətlər vergi ödəyicisi tərəfindən digər şəxslərə təkrar təqdim edildiyi halda bu maddədə nəzərdə tutulan azadolma tətbiq edilməyəcək.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
siyaset

Azər Əmiraslanov: "İnnovativ iqtisadiyyata dövlət dəstəyi mexanizmləri təkmilləşdirilir"

News thumbnail
siyaset

Azərbaycan vətəndaşlarının diplomatik, xidməti və ümumvətəndaş pasportu ilə sərbəst gedib-gəldiyi ölkələrin sayı açıqlanıb

News thumbnail
siyaset

Azərbaycan və İordaniya arasında viza tələbindən azad edilmə haqda saziş təsdiqlənib

Populyar Xəbərlər

News thumbnail
Bugün
siyaset

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Bugün, 12:27
News thumbnail
Bugün
siyaset

Həmin qanun layihəsi müzakirəyə çıxarıldı

Bugün, 12:27
News thumbnail
Bugün
iqtisadiyyat

“Gəncə prospekti bir həftədən çoxdur qazılıb, tıxacda əziyyət çəkirik”

Bugün, 12:25
News thumbnail
Bugün
cemiyyet

Almaniyanın "Berlin-Brandenburq" aeroportunda yeni dron aşkarlama sistemi tətbiq edilib

Bugün, 12:24

Həftənin Xəbərləri

News thumbnail
Bugün
huquq

Azərbaycanda sosial şəbəkələrin fəaliyyətinin qanunla tənzimlənməsi təklif olunur

Bugün, 12:24
News thumbnail
Bugün
son xeberler

Pilotlar qışqırırdı, kabində qan var idi – Şahidlər

Bugün, 12:23
News thumbnail
Bugün
iqtisadiyyat

Texnologiyalar parkının rezidentlərində çalışan fiziki şəxslər üçün 20 illik vergi güzəşti müəyyənləşir

Bugün, 12:20
News thumbnail
Bugün
iqtisadiyyat

Startaplar üçün yeni vergi güzəştləri olacaq

Bugün, 12:20
News thumbnail
Bugün
huquq

Ombudsman haqqında qanuna dəyişiklik edildi

Bugün, 12:20
News thumbnail
Bugün
huquq

Şahmar Mövsümov: "Rəqəmsal texnologiyalar sahəsində güzəştləri nəzərdə tutan qanun təkmilləşdirilib"

Bugün, 12:19
News thumbnail
siyaset

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

News thumbnail
siyaset

Həmin qanun layihəsi müzakirəyə çıxarıldı