
Hüquqinfo.az bildirir ki,
Ermənistan açıq qarşılıqlı əlaqədən boyun qaçırır və Azərbaycanın işğaldan azad edilmiş ərazilərində kütləvi məzarlıqların yerləşdiyi yerlər barədə əhatəli məlumat və ya koordinatları təqdim etmir.
"Hüquqinfo.az" xəbər verir ki, bu barədə Azərbaycan QHT-ləri Milli Forumunun üzv təşkilatının nümayəndəsi Nigar Ramazanova sentyabrın 28-də Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının 63-cü sessiyası çərçivəsində keçirilən iclasda çıxış edərkən bildirib.
N.Ramazanova vurğulayıb ki, Birinci Qarabağ müharibəsi nəticəsində itkin düşmüş minlərlə azərbaycanlının taleyi həll olunmamış faciə olaraq qalır.









