
Hüquqinfo.az bildirir ki,
Qırmızı dənizin bağlanması Mərkəzi Dəhlizin (Orta Dəhliz) əhəmiyyətini daha da artırıb.
"Hüquqinfo.az" xəbər verir ki, bunu energetika nazirinin müavini Orxan Zeynalov Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum – AIIF 2026) bildirib.
Onun sözlərinə görə, Qırmızı dənizin bağlanmasına dair son böhran göstərib ki, Mərkəzi Dəhliz təsəvvür ediləndən daha böyük əhəmiyyətə malikdir: "Mərkəzi Dəhlizdən keçən bir barel neft belə dayanmayıb, bir kubmetr qazın daşınması belə kəsilməyib. O, hər zamankı kimi güclü şəkildə fəaliyyətini davam etdirir. Düşünürük ki, boru kəməri vasitəsilə tədarük edilən qaz bundan sonra da mühüm əhəmiyyət kəsb edəcək. Azərbaycan ənənəvi enerjiyə sərmayə qoyuluşunu davam etdirir. Enerji təhlükəsizliyinə xələl gətirmədən "yaşıl dəhlizlər"ə də sərmayələr qoyuruq. Növbəti 6 il üçün 8 giqavat güc planlaşdırılır ki, bu da 4 dəhliz layihəsini qidalandıracaq".









