
Hüquqinfo.az bildirir ki,
Azərbaycanda rəqəmsal texnologiyalar sahəsində güzəştləri nəzərdə tutan qanun təkmilləşdirilib.
"Hüquqinfo.az" xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Milli Məclisin payız sessiyasının bu gün keçirilən ilk plenar iclasında bildirib.
Onun sözlərinə görə, bu il iyulun 14-də parlamentin qəbul etdiyi, rəqəmsal texnologiyalar sahəsi subyektləri üçün güzəşt və imtiyazları nəzərdə tutan qanunu ölkə Prezidenti Konstitusiyanın 110-cu maddəsinə uyğun olaraq Milli Məclisə geri qaytarıb: "Bu müddət ərzində həmin qanun aidiyyəti dövlət orqanları ilə birlikdə təkrar müzakirə olunub və təkmilləşdirilərək Milli Məclisin müzakirəsinə təqdim edilib. Yeni layihə dövlət dəstəyinin hədəflərinin və tətbiq mexanizmlərinin dəqiqləşdirilməsi kimi çağırışlara cavab verməyə yönəlib. Layihənin konseptual mahiyyəti ayrı-ayrı vergi və sosial güzəştlərlə məhdudlaşmır. O, rəqəmsal ekosistem üçün vacib olan mütəxəssis, investor, tədqiqat və bazar həlqələrini vahid təşviq yanaşmasında birləşdirir və innovasiyanın yeni məhsul və xidmətlərə çevrilməsinə şərait yaratmağı hədəfləyir".










