






Hüquqinfo.az bildirir ki,
BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan və BQXK arasındakı əməkdaşlığı müzakirə etmək məqsədilə Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Miryana Spolyariç ilə görüşüb və Azərbaycan–Ermənistan sülh prosesinin hazırkı vəziyyəti müzakirə edilib.
"Hüquqinfo.az" xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkə hesabında paylaşım edilib.
Tərəflər Azərbaycan–Ermənistan sülh prosesinin hazırkı vəziyyəti, keçmiş münaqişənin fəsadlarının aradan qaldırılması istiqamətindəki səylər və itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsinin kritik zərurəti barədə fikir mübadiləsi aparıblar.
Azərbaycan beynəlxalq humanitar hüquqa və humanitar prinsiplərə sadiqliyini bir daha təsdiqləyərək, qarşılıqlı maraqlar əsasında BQXK ilə dialoqun əhəmiyyətini vurğulayıb.









